azia.az
azia.az

Sözünün yerini bilməyən bürclər - Kimin ağzından çıxanı qulağı eşitmir?

23-06-2022, 09:07

Sözünün yerini bilməyən bürclər - Kimin ağzından çıxanı qulağı eşitmir?
Düşünmədən, yerli-yersiz danışan insanlara hər birimiz rast gəlmişik. Onların bəziləri bunu bilərəkdən, bəziləri isə istəməyərək edirlər. Lakin bu cür insanlara sosial çevrələrində sözünün yerini bilməyən damğası vurulduğu da gerçəklikdir.

Azia.az bizim.media-ya istinadən bu cür insanların hansı bürclərin nümayəndələri olduqlarını təqdim edir:

1. Şir

Hər zaman iynəli sözləri ilə seçilən şirlər bəzən qarşısındakı insanın qəlbini qıra bilir. Onların əsas problemi insanları öz nəzarəti altında saxlamaq istəməsidir. Dominantlığının sarsıldığını hiss etdikdə isə onlar xeyli qəzəblənir və qarşısındakı insanın hisslərini belə düşünmürlər. Belə olan anlarda şirlər düşünmədən danışmağa başlayırlar.

2. Əkizlər

Ən çox danışan bürclər siyahısında ilk pillədə qərarlaşan əkizlərin bütün söhbətlərində yersiz məqamlara rast gəlmək olar. Əkizlərin əksər hallarda ağzından çıxanı qulağı eşitmir. Onlar istəyərək və ya istəmədən deyilməməli olan sözlər işlədirlər. Xüsusən də mübahisə edərkən əkizlər nə danışdıqlarının fərqində belə olmur.

3. Oxatan

Digər çoxdanışanımız oxatanlar da hər zaman dialoqlarda daha basqın tərəf olmağı istəyirlər. Onlar bu istəklərinə çatmaq üçün düşünmədən danışmaqdan belə çəkinmirlər. Əsas problemləri isə deyilməsi namünasib olan sözləri ardıcıl olaraq sıralayıb, səhv ardınca səhv etmələridir. Qarşısındakı insanın xətrinə dəydiklərini oxatanlar çox gec başa düşürlər.

4. Qoç

Dürüst və sözü üzə deyən qoçlar açıqsözlü insanlardır. Onların problemi varsa, bunu açıq-aşkar bildirməkdən çəkinmirlər. Qoçların siyasətçil davranmasına nadir hallarda rast gəlinir. Ona görə də açıq sözlülükləri bəzən lazım olmayan ifadələr işlətmələri və qarşısındakı insanların qəlbini qırmaları ilə nəticələnir. Lakin qoçlar oxatanlardan fərqli olaraq yol verdikləri səhvləri tez başa düşüb, onu kompensasiya etməyi də bacarırlar.

5. Əqrəb

Əgər bir şey əqrəblərin ürəyincə deyilsə onlar bunu çox rahatlıqla deməyi bacarırlar. Bu onların özlərinə həddən artıq güvənmələrindən irəli gəlir. Əqrəblər yeri gəldi-gəlmədi insanları sancmağı da yaxşı bacarırlar. Onların bir digər özəlliyi isə ürəyindən keçənləri satirik dillə ifadə etməkdə usta olmalarıdır. Yəni əqrəblərin nə qədər yerli-yersiz atmacalar atdığı düşünülsə də, onlar bunu planlı şəkildə edirlər.

6. Buğa

Qarşısındakı insanın kimliyinin və statusunun buğalar üçün heç bir önəmi yoxdur. Əgər onlar nəyisə demək istəyirlərsə, "kim, harada, nə zaman?" məsələlərinin heç bir əhəmiyyəti qalmır.
Onlar əksər hallarda danışdıqlarının hansı nəticələr doğuracağının və qarşısındakı insana necə təsir edəcəyinin fərqində belə olmurlar. Lakin səbirli buğaların səbri daşdıqda, bilərək və könlündən keçənləri qarşısındakının üzünə deməkdən də çəkinmirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi