azia.az
azia.az

Çox danışan bürclər – Kimlərin hər şeyə verəcək cavabı var?

5-06-2022, 14:01

Çox danışan bürclər – Kimlərin hər şeyə verəcək cavabı var?
Bilib-bilmədən danışmaq xatirinə danışan insanlara, yəqin ki, hər birimiz sosial çevrəmizdə rast gəlirik. Milli.Az "bizim.media"-ya istinadən xəbər verir ki, onların hər mövzuda danışmağa sözləri, hər şeyə vərəcək cavabları var.

Bəs, həmin insanlar hansı bürcün nümayəndələridir?

1. Şir

Hər zaman özlərini haqlı görən və heç vaxt səhv olduğunu boynuna almayan şirlərin danışıqlarının da həddi-hüdudu yoxdur. Bundan əlavə eqoları və hər çevrədə diqqət çəkmək istəmələri şirlərin yerli-yersiz hər mövzuda danışmaları ilə nəticələnir. Onlar bəzən çox danışdıqlarının fərqində belə olmurlar.

2. Oxatan

Kənardan baxanda olduqca rahat və vecsiz görünən oxatanlar hər mövzuda fikir bildirməyi özlərinə borc bilirlər. Əgər nəsə onların beynində ilişib qalıbsa, mütləq bunu sözlə ifadə etməyə çalışacaqlar. Oxatanların hər şeyə verəcəkləri cavabları mütləq var.

3. Tərəzi

Tərəzilər digərlərinin arxasıyca qeybət etməkdə ilk sıralarda qərarlaşıblar. Əgər hər hansı mövzu onların diqqətini çəkibsə, tərəzilərin həmin mövzuda uzun-uzadı nitq söyləməməsi mümkünsüzdür. Xüsusilə də, dostları arasında tərəzilərin ağzını yummaq qeyri-mümkündür.

4. Əkizlər

Əgər danışmağa söhbət varsa, orada mütləq əkizlər də var. Əksər söhbətlərə şirin sözlərlə müdaxilə etsələr də, onların çox danışmaqları digərlərini xeyli yorur. Əkizlərin bir digər özəlliyi isə eyni fikirləri dəfələrlə təkrar etmələridir. Eyni zamanda qərarsız olduqları üçün eyni mövzuda bir-birinə tamamilə zidd fikirlər də səsləndirə bilərlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi