azia.az
azia.az

Pensiyalar artdı - NAZİRLİK AÇIQLAMA YAYDI

16-04-2022, 15:08

Pensiyalar artdı -  NAZİRLİK AÇIQLAMA YAYDI
Bu ilin yanvar-mart aylarında pensiyaların orta aylıq məbləği daha 9,4 faiz artaraq 1 aprel tarixinə 363 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 9,1 faiz artaraq 394 manata çatıb.

Bu barədə Azia.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.



Bildirilib ki, ümumilikdə, həyata keçirilən ardıcıl sosial islahat paketləri pensiyalarda ciddi artıma imkan verib.


Son üç ildə minimum pensiya 2,2 dəfə artıb. Həmçinin 2018-ci ildən ötən dövrdə orta aylıq pensiyada 75 faiz, o cümlədən yaşa görə orta aylıq pensiyada 70 faiz artım baş verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi