Bu şəxslərin də əmək haqları artırıldı
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) əmək haqları artırılıb.
Azia.az xəbər verir ki, universitetdən "oxu.az”a verilən məlumata görə, bu haqda ADPU-nun mart ayının 2-də keçirilən Elmi Şurasında qərar qəbul edilib.
İclasda rektorun müşaviri Ümid Mehdiyev Maliyyə komissiyasının hesabat və təkliflərini diqqətə çatdırıb.
Təkliflərə əsasən Elmi Şura ADPU-da əməkdaşların əmək haqlarının artırılması haqqında qərar qəbul edib.
Qərara əsasən, həmçinin Pedaqoji Universitetdə saathesabı dərs deyən personalın əmək haqqı da orta hesabla 37,5% artırılıb.