"Almaniyada internet sürünür" - İlkin Rüstəmzadə
"Almaniyada internet sürünür. Bildiyiniz sürünür. Bu Almaniyaya 4-cü səfərimdir. Hamısında belə olub".
AZXEBER.COM xəbər verir ki, bu sözləri hazırda Almaniyada olan siyasi fəal İlkin Rüstəmzadə deyib.
O bildirib ki, Azərbaycanda internetin sürəti Almaniyadan daha güclüdür:
"Vodafone" "Bakcell"in verdiyi internet sürətinin heç 10%-ni vermir. Sürət 50 meqabitin altına düşəndə KaTv-ni söyürük. Almaniyanın 10 böyük şəhərlərində birində yüksəksürətli fiberoptik internetin sürəti 3mb/s-dir".
O bildirib ki, Almaniyanın bütün şəhərlərində internet bərbad gündədir: "Frankfurtda da eynisiydi. Kölndə də. Koblenzdə də".