azia.az
azia.az

“Bilirlər ki, Azərbaycanda internetin sürəti zəifdir...” – ÜST niyə məktəbləri açmağa çağırdı?

1-09-2021, 15:01

“Bilirlər ki, Azərbaycanda internetin sürəti zəifdir...” – ÜST niyə məktəbləri açmağa çağırdı?
"Orta və ali məktəblər ənənəvi tədrisin bərpasına hazırdır”.

Bu sözləri Azia.az-a açıqlamasında Azərbaycanda tədris müəssisələrinin sentyabrın 15-də başlayacaq ənənəvi tədrisə hazırlığı məsələsinə münasibət bildirərkən, təhsil eksperti Kamran Əsədov deyib:

"Bütün pillələr üzrə tədris müəssisələri ənənəvi tədrisin bərpasına hazırdır. Məktəblərimiz bütün dezinfeksiya işlərinin görülməsi, spirt və qoruyucu maskalarla təmin olunmaq baxımından dünya ölkələri arasında ABŞ, Almaniya və Fransa ilə birlikdə ilk onluqda yer alır. Təhsil sistemində çalışanların 90 faizi vaksin olunub ki, bu göstəriciyə görə də ölkəmiz dünyada ilk onluqdadır. Bu rəqəmlərin hər biri yeni tədris ilinə ənənəvi qaydada başlamağa imkan verir”.

Həmsöhbətimizin fikrincə, ÜST və UNİCEF Azərbaycanı orta məktəbləri açmağa ona görə çağırıb ki, vaksinasiya səviyyəsində ciddi irəliləyişlər var:

"Azərbaycanda vaksin olunan insanların sayı 6 milyonu keçir. İkinci bir tərəfdən, ölkə pandemiya dövründə tədrisi bərpa və təşkil edib. Bütün bu müsbət tendensiyalar ölkəmizdə ənənəvi təhsilə qayıtmağa imkan verir. Digər tərəfdən, təəssüf ki, ölkəmiz dünya internet reytinqində internetin əhatə dairəsi və sürətinə görə aşağı səviyyədədir. Azərbaycan bölgələrində internetə əlçatanlıq o qədər də geniş yayılmayıb. Belədə beynəlxalq təşkilatlar hesab edir ki, Azərbaycan ölkədə distant tədrisi təşkil edə bilmir. Ona görə də mütləq ənənəvi tədris təşkil olunmalıdır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi