azia.az
azia.az

Daha bir qurum Ziya Məmmədovun əlindən çıxdı

7-05-2016, 18:15

Daha bir qurum Ziya Məmmədovun əlindən çıxdı Nəqliyyat naziri Ziya Məmmədov daha bir quruma nəzarəti itirib.

Belə ki, Nəqliyyat Nazirliyinin tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.

Gün.az Modern.az-a istinadən xəbər verir ki, baş nazir Artur Rasizadənin bununla bağlı imzaladığı qərarla “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti bundan sonra Nəqliyyat Nazirliyinin tabeliyində olmayacaq.

A.Rasizadənin imzaladığı digər qərarla “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC “Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi