azia.az
azia.az

Gələn il əmək pensiyalarının məbləği nə qədər olacaq?

29-12-2021, 12:22

Gələn il əmək pensiyalarının məbləği nə qədər olacaq?
Əmək pensiyalarının gözlənilən orta aylıq məbləği bu il üzrə 331 manat təşkil edib.

“Margin.az” xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2022-ci il üzrə bu proqnoz 345 manatdır: "Yaşa görə əmək pensiyaların gözlənilən orta aylıq məbləği 358 manat olub. 2022-ci il üzrə bu proqnoz isə 375 manatdır. Əmək pensiyaların minimum məbləği bu il 200 manat olub".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi