azia.az
azia.az

Əmək pensiyasının minimum məbləği artırılır

24-12-2021, 13:50

Əmək pensiyasının minimum məbləği artırılır
Gələn il Azərbaycanda əmək pensiyasının minimum məbləği 240 manat olacaq.

"Margin.az" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə əmək pensiyasının minimum məbləği 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq 240 manat olacaq.

Qeyd edək ki, 2021-ci il üçün əmək pensiyasının minimum məbləği 200 manatdır.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi