Əmək pensiyaları ilə bağlı ŞAD XƏBƏR: yanvarın 1-dən...
“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir.
Azia.az xəbər verir ki, dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunacaq.
Hazırda əmək pensiyasının minimum məbləği 200 manatdır.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sabah keçiriləcək iclasında Qanun layihəsi müzakirəyə çıxarılacaq.