Referendumqabağı təşviqat başlayır
Azərbaycanda bu həftənin şənbə günü - sentyabrın 3-də referendumqabağı təşviqatın aparılmasına başlanılacaq
Report-un xəbərinə görə, təşviqatı referendum üzrə qeydə alınmış təşviqat qrupları apara bilər.
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, təşviqat səsvermə gününə 23 gün qalmış - sentyabrın 3-də başlanacaq və səsvermənin başlanmasına 24 saat qalanadək - sentyabrın 25-i saat 8.00-da dayandırılacaq.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyyası üç - "Yeni Azərbaycan", "Bələdiyyə" və Vətəndaş Cəmiyyəti" təşviqat qruplarını qeydə alıb. Referendumla bağlı şəhər və rayonlarda 117 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yer, ümumilikdə, 256 yer müəyyən edilib.