“Azərbaycan gənclərinə yazığım gəlir, nə ev var, nə arvad…“ – Deputat
Ötən ilin yekunlarına görə, Azərbaycanda işsiz gənclərin ümumi sayı 154 min 100 nəfərə yaxındır. Bu o deməkdir ki, ölkədə gənclər arasında işsizlik göstəricisi 11.2 faizdir. Yəni hər 9 gəncdən biri işsizdir.
Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən deputat Razi Nurullayev bildirib ki, gənclərin işə düzəlməsi məsəsələsi olduqca vacib məsələlərdəndir.
Deputat qeyd edib:
“Həqiqətən, bəzən Azərbaycan gəncinə mənim yazığım gəlir. Çox çətin bir vəziyyətdir. Baxırsan gəncin simasına 20 yaşlarındadır, amma saçları ağarıb, evlənməyib, özünə iş yeri tapa bilməyib.
Nə qədər cavan xanım və bəyimiz işsizlikdən əziyyət çəkir. Onların işlə təmin olunması məsləsi dövlətin prioritet sahələrindən biridir. Təəssüf ki, bu günə qədər gənclər siyasəti ilə bağlı çox danışılıb, ancaq bu siyasət yerində sayır. Gənclər siyasəti doğru-düzgün yerinə yetirilsəydi, bu gün Azərbaycan gəncləri çətin vəziyyətdə yaşamaz, işsiz olmazdı”.
“Gəncləri dörd divar arasına toplayır, mühazirə oxuyurlar, bığlı-saqqalı kişilər danışır, cavanlar da toplantıda yuxuya gedirlər. Hərənin əlinə bir dəftər-qələm vermək gənclər siyasəti deyil. Siyasəti gənclərin elmə, biliyə, yaxşı təhsilə, peşəyə yönəldilməsidir. Gənc 20 yaşında arıtq bir iş sahibi olmalı və ailə qurmalı, ipoteka ilə ev almalı, dünyanı gəzməyə başlamalıdır. Ancaq bu yaşdakı gənc hazırda küçə-küçə gəzib iş axtarır. Yəni biz gəncə istədiklərini verə bilmirik”.