Deputatdan nazirə əlilliklərin ləğvi ilə bağlı tənqidi SUAL
Deputat Vüqar Bayramov Milli Məclisdəki büdcə müzakirələrində bir sıra vacib mövzulardan, o cümlədən bu il araşdırmalar nəticəsində ləğv edilən pensiyalardan danışıb.
"Ölkə.Az" Axar.az-a istinadən xəbər verir ki, 100 minədək vətəndaşın qanunsuz yolla pensiya alması ilə bağlı məlumata diqqət çəkən deputat bu səbəbdən dövlət büdcəsinə 600 milyon manat miqdarında qənaət edildiyini bildirib.
Bu barədə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin çıxışına toxunan deputat qeyd edib ki, adıçəkilən nazirliyin vəzifəsi yalnız qənaət etmək deyil.
V.Bayramov həmçinin pensiyası ləğv edilən vətəndaşların durumu ilə bağlı nazirə sual edib:
“Statistika varmı ki, əlilliyi və müavinəti ləğv edilən vətəndaşlardan neçəsi sosial təminatla əhatə olunub?”