Türkiyədən niyə "powerbank" sifariş etmək olmur? - DGK-dən AÇIQLAMA
Azərbaycanın karqo şirkətləri Türkiyədən alınan "powerbank" məhsullarını ölkəyə gətirə bilmir. Sifariş edilən mallar xaricdəki anbara çatdıqdan sonra müştəriyə məlumat verilərək, geri qaytarılır.
Dövlət Gömrük Komitəsindən (DGK) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, buna Türkiyə tərəfi icazə vermir: "Komitənin bununla bağlı heç bir qadağası yoxdur. Sözügedən məhsulların gətirilməsinə Türkiyənin müvafiq qurumları icazə vermir.
"Powerbank"lar litium tərkibli olduğuna görə, Türkiyədə təhlükəli mallar qrupuna daxil edilib".