Pensiya ödənişləri azala bilər
ABŞ-da Sosial Müdafiə Fondunun resursları gözləniləndən bir il əvvəl bitə bilər.
Azia.az xəbər verir ki, bu barədə ABŞ höküməti hesabat açıqlayıb.
Hesabata görə, ABŞ-da Sosial Müdafiə Fondunun resursları 2034-cü ildə deyil, 2033-cü ildə bitəcək. Fondun 1 il əvvəl tükənməsinə Covid-19 pandemiyasının təsir etdiyi açıqlanıb.