azia.az
azia.az

Azərbaycan Dövlət Neft Fondunun nə dərəcədə şəffaf olduğu açıqlanıb

5-11-2016, 10:50

Azərbaycan Dövlət Neft Fondunun nə dərəcədə şəffaf olduğu açıqlanıb
Suveren fondlar 2007-ci ildən bəri şəffaflığın və hesabatlılığın təmin olunması baxımından irəliləyiş əldə ediblər

Bununla belə bəzi fondlar hələ də öz ölkələrinin vətəndaşlarının və beynəlxalq ictimaiyyətin gözlədiyi şəffaflıq səviyyəsinə çata bilməyiblər.

Virtualaz.org “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Vaşinqtondakı Peterson Beynəlxalq İqtisadiyyat İnstitutunun açıqladığı hesabatda deyilir. Hesabatda dünyanın 60 suveren fondunun, o cümlədən Azərbaycan Dövlət Neft Fondunun, habelə 9 hökumət pensiya fondunun şəffaflıq dərəcəsi qiymətləndirilib. Qiymətləndirmələr idarəetmə, struktur, şəffaflıq, hesabatlılıq və davranış kriteriyaları üzrə aparılıb.

Hesabata əsasən suveren fondlar üzrə şəffaflıq dərəcəsi orta hesabla 62 faiz təşkil edib. Dövlət pensiya fondlarında isə orta göstərici 87 faizdir. Peterson İnstitutu bildirir ki, Norveçin 888 milyard dollarlıq aktivlərə malik olan nəhəng Neft Fondu bu göstərici üzrə dünyada birincidir, onun şəffaflıq dərəcəsi 98 faiz qiymətləndirilir. Yeni Zelandiyanın super fondu isə 94 faizlə ikincidir. Azərbaycan Dövlət Neft Fondu isə 92 faizlik göstərici ilə dünyanın ən şəffaf dördüncü suveren fondu olub. Habelə iki Çili fondu ilk onluqdadır.

“Tez-tez eşitməli oluruq ki, yeni formalaşmaqda olan bazarların və inkişaf etməkdə olan ölkələrin fondları kifayət qədər şəffaf, deməli məsuliyyətli deyil. Lakin araşdırmaların nəticələri bu ümumiləşdirici qiymətləndirməni təkzib edir”-İnstitut bildirir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi