azia.az
azia.az

Ədliyyə naziri məsul işçilərə tapşırıqlar verdi

31-08-2021, 19:22

Ədliyyə naziri məsul işçilərə tapşırıqlar verdi
Bu gün ədliyyə naziri Fikrət Məmmədov paytaxtda və müxtəlif bölgələrdə yaşayan vətəndaşları videoformatda qəbul edib.

E-huquq.az-ın məlumatına görə, regional ədliyyə idarələri vasitəsilə videoqəbula qoşulan vətəndaşların, o cümlədən müharibə iştirakçılarının ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üzrə zəruri tədbirlərin görülməsi üçün aidiyyəti məsul işçilərə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar müraciətlərinin dinlənilməsi üçün videoqəbulun təşkilindən məmnunluqlarını bildirib, onların qayğılarına həssaslıq və diqqətlə yanaşılmasına görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi