Ədliyyə naziri vətəndaşları qəbul edəcək
Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov aprelin 29-da Zərdab rayonunda vətəndaşları qəbul edəcək.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, qəbulda Zərdab, Ucar və Ağcabədi rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Qəbul saat 11:00-da Zərdab rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Zərdab şəhəri, Heydər Əliyev adına Mədəniyyət və istirahət parkı) keçiriləcək.
Bildirilir ki, vətəndaşlar qəbula Göyçay regional ədliyyə şöbəsi (ünvan: Göyçay şəhəri, Nizami küçəsi, 111, əlaqə telefonu: (02027) 4-30-41, (055) 726-97-26), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Zərdab rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək mümkündür.