Metrostansiyalarda yeni oturacaqların quraşdırılmasına başlanıb
Ötən il Bakıda keçirilən 1-ci Avropa Oyunları ilə əlaqədar "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti bəzi metro stansiyalarının platformalarında təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə yığışdırdığı oturacaqların yenidən quraşdırılmasına başlayıb.
"Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Lent.az-a verdiyi məlumata görə, artıq "Elmlər Akademiyası" stansiyasının platformasında yeni oturacaqlar quraşdırılıb və sərnişinlərin istifadəsinə verilib: "Keçən il stansiyalarda təhlükəsizlik tədbirlərini gücləndirmək üçün bəzi stansiyalarda platformalardakı oturacaqlar yığışdırılmışdı. İndi həmin stansiyalarda yeni və müasir oturacaqların quraşdırılmasına başlanıb. Yaxın günlərdə "Cəfər Cabbarlı" və "Sahil" stansiyalarının platformalarında da oturacaqlar quraşdırılacaq".
Adıçəkilən stansiyaların hər birinin platformasında 10 oturacaq quraşdırılacaq.