azia.az
azia.az

"Formula-1" Avropa Qran-prisi ilə bağlı son durum açıqlandı

5-05-2016, 11:22

"Formula-1" Avropa Qran-prisi ilə bağlı son durum açıqlandı Bakıda "Formula-1" Avropa Qran-prisinin keçirilməsi ilə bağlı işlər plana uyğun davam etdirilir.
Bunu Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.
N.Arpadarai bildirib ki, tikinti işlərinin bir hissəsi artıq başa çatıb: "Asfalt işi demək olar ki, yekunlaşıb. Hazırda tribunaların quraşdırılması prosesi gedir. Artıq şəhərdə üç yerdə tribunalar quraşdırılıb. Yaxın zamanlarda Abşeron tribunasının quraşdırılmasına başlanılacaq".
N.Arpadarai vurğulayıb ki, iyun ayının əvvəli bütün tikinti işləri bitməlidir: "Həm təhlükəsizlik baryerlərinin, həm oturacaq yerlərinin quraşdırılması, asflatın çəkilməsi iyun ayının əvvəli tam başa çatmalıdır".
Onun sözlərinə görə, Qran-pri üçün biletlərin satışı da normal şəkildə davam edir: "Biletlər əsasən xarici ölkələrdən alınır. Bildiyiniz kimi Qran-pri çərçivəsində konsert proqramında 3 dünya ulduzu çıxış edəcək və Qran-priyə bilet alanlar həmin konsertlərə giriş əldə edəcəklər. Ulduzların iştirakı elan olunandan sonra həm xaricdən, həm də daxildən biletlərə maraq daha da artıb, tendensiya kifayət qədər müsbətdir".
N.Arpadarainin sözlərinə görə, indiyə qədər satılan biletlərin 60 faizdən çoxu xaricdən alınıb: "Bilet satışında çox pozitiv bir tendensiya var. Xaricdən biletlərə maraq Avropa ölkələrindən - Böyük Britaniyadan, Niderlanddan, Ukraynadan, Rusiyadan, həmçinin Ərəb ölkələrindən çoxdur".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi