azia.az
azia.az

Azərbaycan tarixində Heydər Əliyev fonomeni

10-05-2016, 04:21

Azərbaycan tarixində Heydər Əliyev fonomeni XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.
Əsrin əvvəllərində olduğu kimi yenicə öz müstəqailliyini qazanaraq dünya dövlətlərinin bayraqları sırasına öz bayrağını sancmış Azərbaycan Respublikası həm xarici təcavüzlər, həm də daxili çəkişmələr nəticəsində suverenliyini itirmək təhlükəsilə üzbəüz qalmışdır. Xalqımızın güclü, bu çətinliklərə düruş gətirə biləsi bir xilaskar liderə ehtyacı var idi.
1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas ola bilməmişdi.
Dövləti olmayan xalq ölümə məhkumdur. Dövlətçilik xalqın “ölüm, ya olum” məsələsidir. Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir!
Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.
Güclü iqtisadiyyata malik olan dövlət hər şeyə qadirdir demişdir Ulu öndərimiz. İstər Rus imperiyasının əsarətində olan bir vaxtda, istərsə də öz müstəqilliyini bərqarar edəndən sonra da dövlətimizin büddcəsinin əsasını neft süktorundan gələn gəlirlər təşkil edirdi. Dövlət büdcəsinin neftdən asıllığının qarşısını almaq məqsədi ilə bütün sahələrdə uğurlu islahatlar keçirilməsini dövlətin prirotet məsələsi kimi gündəmə gətirmişdi. “Əsrin müqaviləsi”ndən sonra kənd təsərrüfatında aparılan islahatlar geniş vüsət almışdır.
Azərbaycan tarixində Heydər Əliyev fonomeni
Respublikanın kənd təsərrüfatının inkişafında mühüm nailiyyətlər əldə edilməsinə səbəb olan bu islahatları digər dövlətlərdə həyata keçirilən analoji islahatlardan bu siyasətin müəllifi və icraçısı Heydər Əliyevin müəyyənləşdirdiyi 3 mühüm prinsip fərqləndirirdi.
Birincisi, Azərbaycanda torpaqlar məhz onun təşəbbüsü ilə vətəndaşlara pulsuz olaraq əvəzsiz verildi. Nəticədə 3 milyon 500 minə qədər insan torpaq mülkiyyətçisinə çevrildi. Bu isə yeni, güclü mülkiyyətçilər sinfi yaratmaqla, yeni torpaq əkinçi münasibətləri formalaşdıraraq, torpaqdan səmərəli və məhsuldar istifadəetməni şərtləndirdi, torpağa qayğı və doğma münasibəti zəruri etdi.
İkincisi, torpaqların ən yararlısı və keyfiyyətlisi özəlləşdirildi. Azərbaycanda torpaq islahatlarının keçmiş SSRİ-nin digər respublikalarında olduğu kimi formal deyil, əsaslı zəmində və fundamental şəkildə həyata keçirildiyini sübut etdi.
Üçüncüsü, respublikamızın ərazisində yaşayan bütün vətəndaşlara harada yaşamasından və kimliyindən asılı olmayaraq torpaqlardan istifadə və icarə hüququ verildi. Yəni hər bir Azərbaycan vətəndaşı respublikamızda formalaşan torpaqla bağlı yeni mülkiyyət münasibətlərində birbaşa iştirakçı olma hüququ qazandı.
Ulu öndərimiz Heydər Əliyev siyasi kursunun layiqli və sadiq davamçısı İlham Əliyev cənabları prezident seçkilərində bütün rəqiblərinə böyük səsçoxluğu ilə qalib gəldikdən sonra əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində qəbul edilmiş Dövlət Proqramlarının icrası sosial bərabərliyə nail olunması üçün əhalinin aztəminatlı ailələrinə dövlət dəstiyinın həyata keçirilməsi məqsədilə 21 oktyabr 2005-ci il tarixli, № 1039-IIQ saylı fərmanı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi barədə fərman imzalamışdır.
Bu Qanununun qüvvəyə minməsi, orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən ehtiyac meyarının məcmusundan aşağı olan əhalinin əsas sosial-demoqrafik qrupları üzrə aztəminatlı ailələrə dövlət büdcəsi hesabına müavinətlərin ödənilməsi onların sosial müdafiəsinin təmin edilməsi nəzərdə tutur. Sosial yardımın ayrılması ədalətlilik və bərabərlik prinsiplərinə uyğun olaraq təyin olunur.
Tarixin, dövrün, zamanın yazıları, əsrlərlə silinməyən, daim xatırlanan yaddaşı olduğu kimi, zaman da tarixin yol yoldaşı, bələdçisidir. Zamanı, bütöv bir dövrü, bəzən bir anı tarixləşdirən, əbədiləşdirən isə qüdrətli, müdrik, dahi şəxsiyyətlərdir. Tarix əbədiliyi, zaman dolğunluğu, keşməkeşliyi, bəşəriyyət isə azad, firavan həyatı üçün belə insanlara, şəxsiyyətlərə borcludur.

Asif Abdullayev,
ƏƏSMN-nin Kürdəmir Rayon Əhalinin Sosial
Müdafiə Mərkəzinin direktoru


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi