azia.az
azia.az

Heydər Əliyev - müasir Azərbaycan dövləti

9-05-2016, 14:28

Heydər Əliyev - müasir Azərbaycan dövləti Heydər Əliyev - müasir Azərbaycan dövləti

Müstəqil Azərbaycan dövləti günü-gündən möhkəmlənəcək, inkişaf edəcək və müstəqilliyini heç zaman əldən verməyəcəkdir.
Heydər ƏLİYEV

XX əsrin əvvəllərində tarix dünya siyasi arenasında baş verən hadisələr müstəqiliyini 1823-cü ildə “Gülüstan sülh müqviləsi”nin bağlanması ilə itirərək ikiyə bölünmüş Azərbaycana öz müstəqilliyini elan edib suveren dövlətini qurmaq üçün əlverişli şərait yaratmışdır. Bu fürsətdən istifadə edən Azərbaycan Milli Şurası 27 may 1918-ci ildə Tiflis şəhərində müsəlman şərqində ilk parlamentli respublika, Türk və islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlətin - Azərbaycan Demokratik Respublikasının qurulmasını bəyan etmişdir.
Çox təəssüflər olsun ki, dünyada və ölkədə cərəyan edən siyasi hadisələr Azərbaycan Demokratik Respublikasının 23 aydan sonra süqutuna səbəb oldu. XX əsrin sonlarında tarix təkrar olmaq üzrə idi. Rus imperiyası həm siyasi, həm də iqtisadi cəhətdən süquta uğramışdır. Tarixin bəxş etdiyi imkandan ikinci dəfə məharətlə istifadə edərək 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu.
Trixin bəxş etdiyi fürsətdən ikinci dəfədə məharətlə istifadə edən Azərbaycan xalqı bir əsrdə ikinci dəfə müstəqilliyini bəyan edib, özünün suveren dövlətini yaratdı. Lakin müstəqilliyin qazanılması fürsətini əsigəməyən tarix elə bil onun süqutunu da reallaşdırmaq istəyirdi.
1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən cəmi 23 ay yaşadı. İstiqlal mübarizəsində neçə-neçə şəhid və qurbanlar vermiş müstəqil Azərbaycan Respublikasının başı üzərini yenə də qara buludlar almışdır.
Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatları müstəqilliyin beşikdəcə boğulması təhlükəsini günü-gündən reallaşdırırdı.
Belə bir şəraitdə dahi şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. Xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ulu öndər Azərbaycanı xaos və böhrandan çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, böyük xilaskar missiyasını yerinə yetirdi. Bu gün tam əminliklə demək olar ki, əgər o vaxt ölkədə baş verən hadisələrə ulu öndərin şəxsi müdaxiləsi olmasaydı, Azərbaycan adlı bir dövlət dünya xəritəsində olmazdı.
Heydər Əliyev - müasir Azərbaycan dövləti
Ulu Öndərin Azərbaycan tarixindəki yeri isə misilsizdir. Çünki o, Azərbaycanın tarixində dönüş yaradaraq, ölkənin istiqamətini tənəzzüldən tərəqqiyə doğru çevirən şəxsiyyətdir. Hər bir xalqın taleyində bunu etməyi bacaran bir, ya iki insan olur, ya olmur. Bəllidir ki, Corc Vaşinqton - Amerika dövlətçiliyinin banisi və "Amerika xalqının atası", Mustafa Kamal Paşa türk xalqının atası hesab edilir. Heydər Əliyev də Azərbaycan tarixində eyni rolu oynayıb. Ulu öndərimiz Heydər Əliyevi də Azərbaycanın Corc Vaşinqtonu və Mustafa Kamalı adlandırmaq və onun məhz dünya miqyaslı tarixi şəxsiyyət olmasını fəxrlə deyirik. Heydər Əliyevin tarixi rolu dünyada getdikcə daha böyük qiymət alır. Məhz buna görə müxtəlif ölkələrdə Ulu Öndərə abidələr qoyulur, muzeylər açılır... Axı böyük şəxsiyyətlər bir xalqa aid olmurlar! Böyük şəxsiyyələr bütün dünyaya məxsusdurlar. Məhz bu səbəbdən biz digər xalqların yetirdiyi dahi insanları öyrənir, tanıyr və sevirik. Və məhz bu səbəbdən başqa xalqlar da bu dahi insana belə maraq göstərirlər.
Heydər Əliyev Azərbaycanın tarixini yeni səmtə çevirməyi və dövlətçilik sistemini qurmağı bacardı. Onun böyük tarix prizmasında görünən və araşdırılması gərəkən tərəfləri də az deyil. Ulu Öndər siyasət ustası olmaqla yanaşı, dünya siyasətinə tamam fərqli, indiyə qədər bənzəri olmayan bir lider tipi gətirmişdi. Heydər Əliyev fenomeninin araşdırılması siyasət elminə xeyli maraqlı ideyalar gətirə bilər. Yəni tariximizdə Heydər Əliyev kimi şəxsiyyətin olması faktı bu yolla Azərbaycanın həm də intellektual sərvətinə çevrilməlidir. Necə ki, bu ölkənin Varlığı və Müstəqilliyi başda olmaqla, bütün sərvətlərinin qaynağında Milli Lideri dayanır.
Ulu öndərimiz Heydər Əliyev siyasi kursunun sadiq və layiqli davamçısı İlham Əliyev cənabları 2003-cü ilin Prezident seçkilərində rəqibləri üzərində parlaq qələbə qazanaraq xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir, bünövrəsi Ulu öndərimiz tərəfindən qoyulmuş bütün sahələri əhatə edən islahatlar daha da sürətlənmiş, xüsusi Dövlət proqramları qəbul olunmuşdur. Prezident İlham Əliyev ölkədə İnsan haqları və azadlıqlarının daha dolğun təmin olunmasını daim diqqət mərkəzində saxlayır. O, Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla həyata keçirir.
Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılmaqdadır. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir.
Ölkə başçısının uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır. Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsəqyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilməkdədir.

Mərdan Quliyev,
ƏƏSMN-yi yanında Dövlət Sosial Müdafiə
Fondunun Şəmkir rayon Şöbəsinin müdiri


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi