azia.az
azia.az

Müasir Azərbaycanın memarı - Heydər Əliyev

9-05-2016, 12:37

Müasir Azərbaycanın memarı - Heydər Əliyev Müasir Azərbaycanın memarı - Heydər Əliyev

XX əsrin axırıncı dekadası Rus imperiyasının dağılması ilə yenicə müstəqillik qazanmış dövlətimizin və Azərbaycan xalqının həyatında taleyüklü bir dövr, müstəqilliyimizin yenidən itirilməsi, başqa dövlətlərin əsarəti və ya istilası altına düşmək qorxusu ilə yaşanan zaman idi. Dünya siyasi arenasında baş verən hadisələrin mürəkkəbliyi, imperiyanın dağılması nəticəsində yeni yaranmış dövlətlərin məhvi, digərlərinin yaranması labüd göründüyü bir vaxtda xalqımızın və dövlətimizin üzərinə xilaskar günəşi doğdu. Cöğrafi mövqeyinə, zəngin təbii sərvətlərinə, Şərqlə Qərəb arasında sivilizasiya körpüsü rolunu oynayan Azərbaycan dövlətinin sihasi hakimiyyətinə dahi şəxsiyyət, Ulu öndərimiz Heydər Əliyevin gəlişi kabusların dağılmasına səbəb olmaqla yanaşı, dövlətçilik tariximizin təməlini qoydu.
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyev ölkəmizin inkişaf strategiyasını müəyyən etdi, inkişafın Azərbaycan modelini yaratdı.“Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır”- deyən, Heydər Əliyevin bütün fəaliyyəti xalqla, Azərbaycan dövləti ilə bağlı idi.
Öz çıxışlarında “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən Ulu öndərimiz bütün sahələrdə geneşmiqyaslı islahatlar tətbiq etməklə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılması dövlət siyasətinin əsas prinsiplərinə çevirmişdir.
Neft sənayesinin iqtisadi inkişafdakı rolunu nəzərə alan ulu öndərimiz Heydər Əliyev neft-kimya sənayesinin modernləşdirilməsini təmin edilməsi məqsədilə 1994-cü il sentyabrın 20-də öz müstəsna əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını almış, 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkətin (Amoko, bp, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edəcəyi müqavilə bağlandı.
“Əsrin müqaviləsi” təkcə Heydər Əliyev hakimiyyətinin neft strategiyasını müəyyən etmiş iqtisadi sənəd kimi deyil, həm də tarixi Azərbaycan dövlətçiliyinin mövcudluğunun qorunub saxlanması üçün siyasi sabitliyə nail olmağa və ictimai rifaha xidmət edən akt kimi tarixə düşmüşdür.
Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Dahi siyasətçi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi.
Hazırda Azərbaycanın dünyanın 176 dövləti ilə diplomatik münasibətləri vardır. Ölkəmizdə 81 diplomatik nümayəndəlik və konsulluq fəaliyyət göstərir. Öz növbəsində Azərbaycanın 62 ölkədə səfirliyi, 5 baş konsulluğu və 10 daimi nümayəndəlikləri mövcuddur. Ulu öndərimiz Heydər Əliyev ölkənin xarici siyasət kursunu son dərəcə çevik prinsiplər üzərində qurduğundan Azərbaycan diplomatiyası durmadan fəallığını artırır. Avropa Şurasında, İslam Əməkdaşlıq Təşkilatında, BMT-nin Təhlükəsizlik Şurasında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında, YUNESKO-da, digər nüfuzlu təşkilatlarda Azərbaycanın xüsusi yeri vardır. Ölkəmiz Avropa İttifaqının TRASEKA, "Yeni Qonşuluq”, "Şərq tərəfdaşlığı” kimi proqramlarının aktiv iştirakçısıdır. Bütün bunlara görə Azərbaycan ulu öndər Heydər Əliyevə borcludur.
Ölkəmiz beynəlxalq enerji layihələrində fəal iştirak edir. Bunun regional və qlobal miqyasda baş verən geosiyasi proseslərə təsirini görməmək mümkün deyil. İndi Azərbaycan özü Trans-Anadolu qaz kəməri (TANAP) adlı enerji layihəsinin təşəbbüskarıdır. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzrum qaz kəmərləri neçə ildir ki, fəaliyyətdədir. "Cənub axını” və "Nabukko” layihələrinin taleyi rəsmi Bakının bu məsələlərdə tutacağı mövqedən xeyli dərəcədə asılıdır. Azərbaycanın enerji daşıyıcıları bir neçə istiqamət üzrə ixrac edilir.
Müasir Azərbaycanın memarı - Heydər Əliyev
Ulu öndərimiz Heydər Əliyev siyasi kursunun layiqli və sadiq davamçısı İlham Əliyev cənabları 2003-cü ilin oktyabr ayında keçirilən prezident seçkilərində bütün rəqiblərinə böyük səsçoxluğu ilə qalib gəldikdən sonra əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində qəbul edilmiş Dövlət Proqramlarının icrası sosial bərabərliyə nail olunması üçün əhalinin aztəminatlı ailələrinə dövlət dəstiyinın bariz nümunəsidir.
Möhtərəm Prezidentimizin 21 oktyabr 2005-ci il tarixli, № 1039-IIQ saylı fərmanı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi, orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən ehtiyac meyarının məcmusundan aşağı olan əhalinin əsas sosial-demoqrafik qrupları üzrə aztəminatlı ailələrə dövlət büdcəsi hesabına ödənilməsi onların sosial müdafiəsinin təmin edilməsi nəzərdə tutur. Sosial yardımın ayrılması ədalətlilik və bərabərlik prinsiplərinə uyğun olaraq təyin olunur.
Şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini verə bilmək üçün ölkəmiz 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına qoşulmuşdur.
Dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədi ilə 2007-2011-ci illərdə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” icra edilmişdir. Strategiyada həmçinin açıq hökumət prinsiplərinin tətbiqi üzrə mühüm tədbirlər müəyyən edilmişdir. Azərbaycan Respublikası düzgün idarəçiliyin təşviqi üzrə bütün beynəlxalq təşəbbüslərə qoşulmuşdur.
“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci bəndinə əsasən hazırlanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının tələblərinə uyğun olaraq Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminə (bundan sonra- VEMTAS) göndərilməklə ƏƏSMN-yi tərəfindən təyin edilir.
Bu gün Azərbaycan xalqı və dövləti demokratik inlişafa, güclü iqtisadi nailiyyətlərə görə məhz ulu öndərimiz Heydər Əliyevə borcludur.

Azad Şərifov,
ƏƏSMN Şəmkir Rayon Əhalinin Sosial
Müdafiə Mərkəzinin direktoru


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi