Trampın bircə kəliməsinə inanmayın: Əsədlə barışıq...
ABŞ Türkiyəyə bir keşişə görə ticarət savaşını başladıb? Bircə kəlməsinə də inanmayın.
Axar.az xəbər verir ki, bunu "İndependent" qəzetinin Yaxın Şərq üzrə müxbiri Robert Fisk deyib.
"ABŞ Türkiyəyə Rusiyadan S-400 raket sistemini almasına, YPG-yə verdiyi dəstəyə qarşı çıxmasına və müsəlman döyüşçülərin, silah, mərmi, raketlərin Türkiyə üzərindən Suriyaya axınına icazə verdiyi üçün sanksiya tətbiq edib", - Fisk vurğulayıb.
Fisk ABŞ prezidentinin NATO-nun ikinci böyük ordusunu zəiflətməyə çalışmasını təəccüblə qarşıladığını, ancaq gedişatın gözlənilməz proseslərə səbəb ola biləcəyini bildirib:
"Türkiyənin Rusiya və İranla əməkdaşlığının güclənməsi fonunda, Qətər Suriyanı yenidən inşa edə bilər, bundan əlavə, Ərdoğanla Bəşər Əsədin keçmiş dostluğu yenidən bərpa ola bilər".