azia.az
azia.az

Müharibə ilə bağlı SON DƏQİQƏ – Trampın İranda “dəfn” siyasəti

10-04-2026, 08:40

Dünya siyasətinin ən qaynar nöqtəsi olan Yaxın Şərqdə gərginlik artıq kritik həddi aşaraq yeni və gözlənilməz bir mərhələyə qədəm qoyub. ABŞ-ın İrana qarşı sərt ritorikası və Donald Trampın masaya qoyduğu ultimatumlar bölgədə genişmiqyaslı müharibə xofunu pik həddə çatdırsa da, son proseslər bu gərginliyin hərbi toqquşmadan daha çox, psixoloji və diplomatik manevrlər müstəvisinə keçdiyini göstərir. Vaşinqtonun Tehranı ən həssas nöqtələrindən – mədəniyyət və tarixindən vurmaqla təhdid etməsi beynəlxalq hüquq müstəvisində ciddi reaksiyalara səbəb olmuş, bu strateji gediş gözlənilən nəticəni verməmişdir. Eyni zamanda, İran daxilində baş verən fundamental dəyişikliklər və Ali dini liderin vəfatı ilə bağlı yaranmış yeni reallıq tərəfləri müvəqqəti sükuta – iki həftəlik atəşkəsə sövq edib. Bu sükutun arxasında hansı gizli razılaşmaların dayandığı və aprelin 10-da başlayacaq diplomatik marafonun hansı nəticələr doğuracağı isə hazırda qlobal analitiklərin diqqət mərkəzindədir.

Bu barədə NOCOMMENT.az-a danışan politoloq Şahin Cəfərli qeyd edib ki, Trampın ultimatumu İrandan çox onun özünü daha çox qorxutdu: “Rejim tərəfindən rədd edildikdən sonra Tramp bu ultimatumu reallaşdırmağa risk etmədi. Mədəniyyətin məhvi barədə sözləri ümumiyyətlə, bərbad idi”.

Şahin Cəfərli

Onun sözlərinə görə, elan olunmuş iki həftəlik fasilə Tehran rejimi üçün həm daxili, həm də xarici siyasət baxımından mühüm bir nəfəslik rolunu oynayır: “İki həftəlik atəşkəs İran tərəfinə ilk növbədə Əli Xamenei üçün rəsmi dəfn mərasimi təşkil etməyə imkan verəcək. Rejim mümkün qədər çox əhali və xarici qonaq toplayaraq mərasimi legitimlik mənbəyinə çevirməyə çalışacaq”.

Politoloq vurğulayıb ki, aprelin 10-dan başlayacaq danışıqlarda tərəflərin bir-birinə şərt diktə etməsi real görünmür: “Bu şəraitdə razılıq olacaqsa, tərəflərdən birinin diktəsi ilə deyil, qarşılıqlı kompromislər əsasında olacaq. ‘İranın şərtləri’ adı altında yayılan 10 bənddən ibarət mətn absurddur və daha çox təbliğata yönəlib. Razılıq olmayacaqsa, müharibənin yenidən başlaması deyil, atəşkəsin uzadılması ehtimalı daha yüksəkdir”.

Tunar


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi