azia.az
azia.az

AKP-li deputat: “Xocalıda qətliam faciələrin başında gəlir”

25-02-2016, 21:35

thumb=left]http://azia.az/uploads/posts/2016-02/1456425249_02.jpg[/thumb] Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Adanadan seçilmiş deputatı Necdet Ünüvar Xocalı Soyqırımına geniş məqalə həsr edib.

Türkiyəli millət vəkilinin Gün.Az-a daxil olmuş məqaləsinin girişində müəllif Azərbaycan və Türkiyənin ortaq kökə malik olmasını diqqətə çatdırıb:
“Türkiyə və Azərbaycan xalqlarının keçmişi Oğuz Türklərində kəsişməkdıdir. İstər bu ortaqlıqda, istərsə də əsrlərdir davam edən qarşılıqlı qardaşlıq təməlinə söykənən əlaqələrin nəticəsi olaraq, bu iki böyük Türk dövləti “bir millət, iki dövlət” prinsipi ilə dünyaya ortaq bir pəncərədən baxmaqadırlar.
Xüsusilə, yaxın tarixə baxdığımızda, iki dövlət arasında başda hərbi, iqtisadi, siyasi və mədəni sahələr olmaqla, yardımlaşma və həmrəylik nümunələri görməkdəyik”.
Millət vəkili daha sonra ermənilərin 1992-ci il fevralın 26-da törətdikləri Xocalı Soyqırımını xatırladıb:
“Yaxın tariximizə baxdığımızda, birlikdə çox gözəl işlərə imza atmağın məmnunluğunu yaşayarkən, bir yandan da çox böyük acılara şahid olmağın ağrılarını bir yerdə hiss etməkdəyik.
Xocalı qəsəbəsində 26 fevral 1992-ci ildə törədilən qətliam bu faciələrin başında gəlir. Ermənilərin insanlığa sığmayan qəddarlıqla azərbaycanlıları ağır işgəncələrlə qətlə yetirmədiklərini öyrəndik.
Ermənilər o gün azərbaycanlı qardaşlarımızın gözlərini oyaraq, başlarının dərisini soyaraq, bədənlərinin fərqli üzvlərini və orqanlarını kəsərək öldürmüşdülər.
Azyaşlı uşaqların gözləri oyulmuş oyulmuş, hamilə qadınların qarınları yırtılmış və insanlar diri-diri torpağa gömülmüşdülər. Hətta bir çoxunun cəsədləri də yandırılmışdı.
Ermənilər 26 fevral 1992-ci ildə insanlıqdan uzaq bir tərzdə günahsız xalqı qətlə yetiriblər. Bəs onlar nədən Xocalı qəsəbəsində belə bir qətliamtörətdilər?”
N.Ünüvar bu sualın cavabında Xocalının yerləşdiyi əhəmiyyətli coğrafi mövqedən bəhs edərək, onun ermənilər tərəfindən mühasirəyə alındığını və 1992-ci il fevralın 26-da qəsəbənin dinc sakinlərinə divan tutduqlarını yazıb.
Millət vəkili ermənilərin 366-cı motoatıcı alayla birlikdə həmin dəhşətli vəhşiliyi nəticəsində Xocalıda 613 nəfərin öldürüldüyünü, onlardan 83-nün uşaq, 106-nın qadın və 70-nin yaşlı insanlar olduğunu, 1 275 nəfərin girov götürüldüyünü, 150 nəfərinsə itkin düşdüyünü qeyd edib.
AKP-li deputat məqaləsinin sonunda Qarabağda qurula biləcək ikinci erməni dövlətinin Azərbaycanla Türkiyə arasındakı bağı qoparmasına və bu iki ökənin uzaqlaşmasına səbəb ola biləcəyini vurğulayıb:
“Xocalının gündəmdə olması, daha önəmlisi #HocalıyaAdalet-in öz yerini tutması sadəcə, keçmişdəki ağrı-acıların ötüşməsi deyil, gələcəkdə yaşana biləcək oxşar qətliamların qarşısının alınması baxımından da əhəmiyyətlidir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi