azia.az
azia.az

Qüdrət Həsənquliyev MM-də etiraz etdi: “Ayrı-seçkilikdir”

31-05-2017, 12:44

Qüdrət Həsənquliyev MM-də etiraz etdi: “Ayrı-seçkilikdir”


Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə dəyişikliklərin edilməsini nəzərdə tutan qanun layihəsi müzakirə edilib.

Moderator.az xəbər verir ki, müzakirədə çıxış edən deputat Qüdrət Həsənquliyev qanun layihəsinin tənqid edib.
“Əvvəlki qanunda əmək müqaviləsi 5 ilədək bağlanılırdı, indi isə işə götürənlə işə qəbul olan arasında müəyyənləşir. Lakin əmək stajındakı fərqə görə işçinin ixtisar olunması, ayrı-seçkiliyə yol verilməsini, yaxud onlara fərqli məbləğdə kompensasiya verilməsini doğru saymıram.
Əvvəlki variant daha ədalətli idi, nəinki indiki. Biz sadə adamların, işçilərin hüquqlarını qorumalıyıq, nəinki ayrı-ayrı şirkətlərin”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi