Ağac kəsənlərlə bağlı cəzalar sərtləşdirildi
Milli Məclisin iclasında Meşə Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə olunub
Sözügeədən layihəyə əsasən, yaşıllıqların məhv edilməsinə görə cəzalar sərtləşdirilir.
Təklif edilən dəyişikliyə əsasən, meşələrdə və ya xüsusi mühafizə olunan ərazilərdə ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda beş min manatdan yeddi min manata qədər miqdarda cərimə və ya iki ilədək müddətdə islah işləri və ya üç ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Hazırki qanunvericilikdə isə yuxarıda qeyd olunan əməllərə görə iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətdə azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Deputat Elmira Axundova bildirib ki, təbiətə qarşı cəmiyyətimizdə laqeydlik hiss olunur: “Qüvvədə olan müddəalar onsuz da sərtdir, indi daha da sərtləşdiririk. Amma buna baxmayaraq yaşıllıqlar məhv edilməyə davam edilir. Bu məsələ ilə bağlı maarifləndirmə işləri aparılmalıdır. Bu barədə nazirə də dedim. O da deyir ki, bu barədə məhkəmədə işlər var, qərarlar da qəbul olunur, amma icrası mümkün olmur”. E.Axundova onu da deyib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məhkəmə yolu ilə ağac kəsənləri cərimələtdirsə də, həmin cərimələri ala bilmir.
Deputat Fərəc Quliyev isə yaşıllıqların məhvinə görə daha sərt addımlara çağırdı: “Biz burda danışırıq, amma təkcə Yasamal rayonunda bir gecədə 40 ağacı kəsiblər. Biz qanunları dəyişirik, amma şəhərin mərkəzində yaşılığı qırıb yerində bina tikirlər. Şəhər, məhəllə salınırsa, kənarsa salın. Yeni binaların tikilməsi ilə bağlı ciddi güzəştlər var. Belə adamlar cəzalandırılmalıdır və bizim qanunlar kağız üzəruində qalmamalıdır”. F.Quliyev parlamentə səslənən fikrəri ümumiləşdirib müvaiq querumara göndərməyi təklif edib. “Bəlkə nazirlər burda səslənən təklifləri nəzərə alacaq”-deyə, bildirib. Deputat digər problemdən də bəhs edib: “Məsələn, yeni tikilən binalara qaz verir, qanunda göztərilir ki, sayğac ilk dəfə pulsuz qoyulmalıdır. Amma gəlib 500 manata sayğac qoyurlar. Təklif edirəm ki, burada səsələnən fikirləri müvafiq qurumlara çatdıraq ki, müvafiq qurumlar bir az məsuliyyətli olsun”.
Spiker Oqtay Əsədov isə deyib ki, elə mövcud vəziyyətə görə cərimələr daha da sərtləşdirilir. “O ki qaldı burdakı çıxışlara, burda səsələnən fikirlər stenoqramda əksini tapır və bütün ünvnalara çatır”-sədr əlavə edib.
Komitə sədri Əli Hüseynli bildirid ki, zamanında yaşıllıqların qırılması ilə bağlı faktlar az idi, ancaq indi məsələni aktual edən qanunsuzluqların artmasıdır. “Qanunsuz hallar baş verirsə, ona qarşı sərt tədbirlər görülməlidir”- o, bildirib.
Deputat Qüdrət Həsənquliyev deyib ki, Bakı şəhərində ağac yetişdirməyin nə qədər çətin olduğunu hər kəs yaxşı bilir: “Biz bilirik ki, Bakı şəhərində oksigen çatışmazlığı var, bu da yaşıllıqların az olması ilə əlaqədardır. Biz övladlarımızın sağlamlığımız naminə yaşıllıqları qorumalı, artırmalıyıq”. Deputat sanksiyaları sərtləşdirməyi təklif edib. O, vəzifəli şəxslərin min manat cərimə olunması ilə bağlı dəyişiklikdən danışarkən dedi ki, bu, kifayət qəsər az məbləğ var. O şəxs ağacı kəsəndən həmin məbləıği alıb ödəyəcək. İlk növbədə vəzifəsini yerinə yetirə bilməyən məmur işdən azad olunmalıdır. “Qanunda alternativ sanksiya çıxarılmalıdır. Çünki biz alternativ sanksiya nəzərdə tutulanda məhkəmə daha yüngül cəzanı verir. Vəzifəli şəxs qanunu pozursa, birinci cəza onun vəzifədən azad olunması olmalıdır”-Q.Həsənquliyev bildirib.
Qanun layihəsi yekdilliklə ilə qəbul edilib.