Serj Sarkisyanın Bakını “İsgəndər”lə hədələməsinin sirri açıldı
Ermənistanda psixi xəstələrin sayı artır.
İstiPress-in məlumatına görə, bu barədə respublikanın baş psixatrı Samvel Torosyan mətbuat konfransında bildirib.
“Dəqiq rəqəmlər yoxdur, amma əhalinin hardasa 5%-i ciddi depressiyadan əziyyət çəkir”,- deyə baş psixatr vurğulayıb.
Samvel Torosyan Ermənistanda psixi xəstələrin sayının bundan sonra da artacağını ehtimal edib. Onun fikrincə, 2020-ci ildə depressiya əlilliyə gətirən xəstəliklər arasında dünya üzrə ikinci yeri tutacaq.
O, həmçinin yada salıb ki, psixi xəstəliklər formada keçir və bəzən ilk dövrlərdə bu xəstəlikləri tanımaq olmur. İnsanların özü də bununla bağlı həkimə müraciət etmirlər.
Torosyan bu xəstəliyin artmasının səbəbi barədə suallara cavab verməyib. Aydındır ki, Ermənistanda yaranmış vəziyyət - iqtisadi geriləmə, işsizlik, sabaha inamsızlıq və Qarabağdakı müharibə bunun əsas səbəbləri sırasındadır.
Ən qorxulusu budur ki, xəstələr arasında ölkəyə rəhbərlik dən insanlar, həbçilər, siyasətçilər, deputatlar da ola bilər. Misal kimi, ölkə prezidenti Serj Sark isyanın bu yaxınlarda Azərbaycanı “İsgəndər” raketləri ilə hədələməsini göstərmək olar. Nə bilmək olar ki, ola bilər kim, bu yaxınlarda Torosyanın xəstələri arasında Serc Sarkisyanın özü də ola bilər.
Samvel Torosyan - Ermənistanın baş psixatrı