Ermənistanda bir məhbusun orta gündəlik xərcləri 10,3 avro təşkil edir2005-ci ildən başlayaraq Ermənistanda məhbusların sayı 48 faiz artıb. Beləliklə, Ermənistan son 10 ildə məhbusların sayı ən çox artan ölkələrdən biri olub. İstiPress News.am-a istinadən verdiyi məlumata görə, bu barədə Avropa Şurasının penitensiar sistem üzrə hesabatında deyilir.
Hesabata əsasən, bütün yoxlanəlmış ölkələrin arasında həbsxanalarda ən çox ölüm halı Ermənistanda baş verir. Ermənistanda bir məhbusun orta gündəlik xərcləri 10,3 avro təşkil edir. Bu isə Avropa Şurasının digər ölkərinə nisbətdə 5 dəfə azdır. Eyni zamanda hesabatda qeyd olunur ki, Ermənistanda qadın və əcnəbi məhbusların sayı azdır.