azia.az
azia.az

Dəli olmaq dərəcəsinə çatanların sayı kəskin artıb

10-10-2016, 13:08

Dəli olmaq dərəcəsinə çatanların sayı kəskin artıb
Psixoloq Azərbaycanda psixi xəstəliklərin artma səsəblərini izah edir Dəyanət Rzayev: “Ən ciddi səbəb devalvasiyadan əvvəl insanların aldadılması oldu”
Azərbaycanda devalvasiyadan sonra psixi sağlamlıqla bağlı müraciət edənlərin sayı artıb. Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Rüstəm Salayev deyib ki, devalvasiyadan sonra psixoloji müayinə üçün mərkəzə müraciət edən kişilərin sayında 30-40 faiz artım qeydə alınıb.
Onun sözlərinə görə, son zamanlar daha çox gənclər, xüsusilə 25-30 yaşlı şəxslər mərkəzə müraciət edir: “Onların həyat tərzi ilə bağlı stress keçirdiklərini güman edirik. Sonuncu iqtisadi böhran vəziyyətindən sonra bu hal daha da artıb. Səbəblər arasında ailə münaqişələri də var”. R.Salayev qeyd edib ki, ay ərzində mərkəzə 1000-ə yaxın təkrar müraciətlər daxil olur.

Psixoloq Dəyanət Rzayev Bizimyol.info-ya şərhində bildirdi ki insan gözləmədiyi durumla qarşılaşdıqda stress keçirir: “Stress orqanizmin ümumi adaptasyon sindormudur. İnsanlar isə devalivasiyanı gözləmirdilər. Çünki məlumatsız idilər. Ancaq burada ən böyük problem insanların aldadılması oldu. İnsanlara yalan dedilər. Mərkəzi bankın sədri çıxış edib bildirdi ki, devalivasiya olmayacaq. Məsul şəxs olduğundan insanlar onun dediklərinə inandılar.Ona görə də yaşanan devalvasiya gözlənilməz oldu və insanları aldatdılar. Ən çox təsir göstərən faktor məhz yalan oldu”. D.Rzayev daha sonra bildirdi ki, insanların psixi durumunun ağır olmasının bir başqa səbəbi iş saatları ilə bağlıdır. “Normal ölkələrdə alimlərin aparıdları hesablamalara görə, insan maksimum 4-6 saatdan artıq işləməməlidir. İsveçdə hazırda 6 saatlıq iş rejimidir. Üstəlik insanların yola sərf etdikləri zaman da bura daxildir. Məsələn mən bu gün yola 2 saat vaxt sərf etmişəmsə, mənim iş saatın 4 saat olacaq. Bu 6 saatın pulunu mənə verirlər”.

Psixoloqun sözlərinə görə, bu gün ölkəmizdə insanlar səhər saat 8-9 radələrindən axşam 9-10-a kimi işləyirlər: “12 saatdan da çox işləyən insanlar var. Onun müqabilində çox az əmək haqqı alırlar. Həkim maaşı 140, müəllim isə 150-200 manatdır. Az məvacib alan insanlar məcburdurlar ki, əlavə işdə çalışsınlar. Bunun özü isə əlavə stress və yorğunluq deməkdir. Xüsusi ilə balaca uşağı olan ailələr daha çox çalışmalı olurlar. Təsəvvür edirsiniz, Azərbaycanda insanlar daimi stress içindədirlər. Ona görə də bu devalivasiya hər kəsə zərbə oldu”.

Hansı tədbirlər görülməsinə gəlincə D.Rzayev bildiridi ki, ən azından insanlara yalan danışılmamalıdır. “Ümumiyyətlə, korrupsiya hallarının olduğu bir ölkədə psixi sağlamlıqdan danışmaq olmaz. Bizdə bu gün sosial ədalətsizlik çox yüksəkdir. İnsanlar arasında təbəqələşmə gedir. İnsanlara da sahib olduqları var-dövlətə görə qiymət verməyə başlayırlar. Bu da istər istəməz insanlarda pozuntulara gətirib çıxarır. Bu gün psixoterapevtlər müəyyən qədər insanlara kömək edə bilər. Bütövlükdə isə psixi sağlamlıq haqqında proqramın olması vacibdir”.

Qeyd edək ki, bu gün həm də psixi sağlamlıq günüdür. 10 Oktyabr - 1992-ci ildən Ümumdünya psixi sağlamlıq federasiyasının inisiativi əsasında BMT-də qeyd olunan ümumdünya və beynəlxalq günlər siyahısına daxildir. ÜST (Ümumdünya Səhiyyə təşkilatı) bildirib ki, bu günlərdə planetimizdə 450 milyondan çox insan psixi xəstəlikdən əziyyət çəkir. Psixi Sağlamlığın müdafiəsi fəaliyyətin geniş spektri əhatə edirn ki, bu da ruhun sağlamlığı komponenti ilə birbaşa və ya dolayı əlaqədardır. Buraya ÜST-nin (Ümumdünya Sağlamlıq Təşkilatı) verdiyi "Ancaq xətəliyin yoxluğu deyil, tam fiziki, ruhi və sosial rifah vəziyyəti"də əlavə olunmuşdur.

Psixi Sağlamlıq Gününün keçirilməsinin gedişatında əsas (vəzifə) məqsəd mədəni ənənələrin istifadə olunması və emosional durumun formalaşmasından istifadə edərək psixi sağlamlığın yaxşılaşdırılmasına yönəlməlidir. Bu günün qeyd olunmasında məqsəd insanların bu problem yeni münasibətinin yaranması, bu işin vacib olmasına dəstək, insanlar arasında yeni münasibətlərin inkişaf olunması üçün birləşməkdən, digər insanlarda bu problemə maraq yaratmaqdan ibarətdir. Bu gündə bütün dünyada psixi xəstəliklər haqqında açıq diskussiya aparılır ki, bu da psixi sağlamlığın qorunmasının inkişafına və psixi xəstəliklərin profilaktikasının mükəmməlləşməsinə yönəndirilir.

Aysel İsgəndərli


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi