azia.az
azia.az

Moskva görüşü: İrəvan yeni müharibəyə hazırlaşır

25-02-2017, 13:00

Moskva görüşü: İrəvan yeni müharibəyə hazırlaşır


Ermənistan cəbhədə müxtəlif diversiyalar həyata keçirməklə ötən ilin məğlubiyyətindən sonra yenidən revanş götürməyə çalışır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert son günlər Ermənistan tərəfinin cəbhədə törətdiyi təxribatların arxasında dayanan əsil mahiyyəti açıb:

“Bildiyiniz kimi, qarşıda Aprel hadisələrinin ildönümü qeyd olunacaq. Məğlub olmuş Ermənistan hakimiyyəti isə öz cəmiyyətinə hesabat verməlidir. Məsələ orasındadır ki, bu hesabat heç də ürəkaçan olmayacaq. Çünki vəziyyət gərgin olaraq qalır və ötən ilin aprelindən bu yana erməni tərəfi itki verməyə davam edir. Bunun əsas səbəbkarı Ermənistandır. Erməni cəmiyyəti Sərkisyandan bu ilin və baş verənlərin hesabını soruşacaq. Belə bir vəziyyətin məhz Ermənistanda keçiriləcək parlament seçkisinə təsadüf etməsi isə İrəvanı çox pis vəziyyətdə qoyacaq. Əgər iqtidar erməni cəmiyyətinin istədiyi cavabları verə bilməsə, bu, Ermənistanda hazırkı hakimiyyətin məğlubiyyətinə gətirib çıxaracaq. Sərkisyan isə bunu önləməyə çalışır. Cəbhədə baş verən son təxribatlar isə məhz buna hesablanıb. Ona görə də aprelə yaxın yeni müharibə törətməklə cəmiyyətin diqqətini yayındırmağa çalışacaqlar. Sərkisyanın əsas məqsədi seçkilərdə qalib olmaq və növbəti mərhələdə hakimiyyəti qoruyub saxlamaqdır”.

Politoloq Nalbəndyanın ardınca Sərkisyanın Rusiyaya səfərə hazırlaşmasına da münasibət bildirib:

“İrəvan çox yaxşı bilir ki, cəbhədə törətdikləri təxribatlar nəticəsiz qalmayacaq və Azərbaycan ordusu layiqli cavab verəcək. Bu isə ermənilərin növbəti dəfə daha çox itkilərlə məğlubiyyəti demək olacaq. Ona görə də Sərkisyan Moskvadan Azərbaycanın cavab tədbirlərinə və mümkün kontur hücumlarına qarşı kömək istəyəcək”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi