Putin və Xəməneyi Suriyada sülh istəyirmi?
Bu gün Tehranda "Astana Formatı"çərçivəsində İran,Rusiya və Türkiyə prezidentləri arasında keçirilən üçtərəfli zirvə görüşündə diqqətimi iki məqam çəkdi.
Dogrudur,üçtərəfli görüşdə İranın ali lideri Seyid Əli Xəməneyi iştirak etməsə də,onun Ərdogan və Putinlə keçirdiyi görüşlərdəki dediklərini ciddi qəbul etməliyik.
Bəri başdan ərzi-əndam edim ki,İranda prezident vəzifəsi formal xarakter daşıyır,bu ölkənin həqiqi sahibi Xəməneidir.Hətta Xəməneyinin icazəsi olmadan İranda kimsə prezidentliyə öz namizədliyini verə bilməz.Daha dogrusu,namizədliyini verə bilər,ancaq yekun nöqtəni Xəmənei və Qazilər Şurası qoyur.
Xəmənei niyə ziddiyyətli fikir bildirdi?
Deməli,İranın ali lideri S.Ə.Xəməneyi Türkiyə prezidenti R.T.Ərdoganı qəbul edərkən dedi ki,Türkyənin təhlükəsizliyini öz təhlükəsizliyimiz kimi görürük,Ankaraya terror təşkilatlarıyla mübarizədə dəstək verəcəyik.Xəməneyi onu da bəyan etdi ki,Türkiyənin sərhəd təhlükəsizliyi bizim öz təhlükəsizliyimizdir.
Buraya qədər hörmətli Xəməneyiyə təşəkkür düşür.Ancaq Xəməneyi daha sonra elə bir cümlə işlətdi ki,yuxarıdakı pozitiv açıqlamalarını kölgədə qoydu.O,belə dedi:"Suriyanın şimalında hər hansı bir hərbi əməliyyat Suriyaya zərər,terror təşkilatlarına fayda verəcək.Hərçənd ki,Ankaranın ehtimal olunan hərbi əməliyyatları PKK/PYD kimi terror qruplarına qarşı keçiriləcək.Görünür,İranın ali lideri Xəməneyi Suriyadakı separatçı kürdləri terrorçu kimi görmür.İrana görə,Suriyada artıq varlıgı belə qeybə çəkilmiş terrorçular İŞİD və başqa təkfirçi qruplaşmalardır.
Gördüyünüz kimi,Xəməneyi cənabları sivri aglıyla ikili oynayır.
Xəməneyi Ərdogana onu da deyir ki,onlar Azərbaycanın Qarabagda qazandıgı qələbədən məmnundurlar,ancaq İran və Ermənistan arasındakı sərhəddə hər hansı dəyişikliyi qəbul etməyəcəklər və bu sərhəd minlərlə il tarixə(?)malikdir. Hardan baxsan,Xəməneyinin bu iddiası da məntiqsizdir
Digər tərəfdən,Xəməneyi Putinlə görüşündə belə deyir ki,Fərat çayının şərqindən Amerikalı əsgərlər qovulmalıdır.Hərçənd,Türkiyə də Mənbiç və Təl-Rifat daxil olmaqla,Fərat çayının şərqində hərbi əməliyyat keçirir.Təsəvvür edin,Xəməneyi Ərdoganla görüşdə bir cür,Putinlə isə başqa cür danışır.Bu,əməlli-başlı əcəm oyunudur,əhəməni,parfiya,şubiyə,rafizi hiyləgərliyidir.Keçməz!
Gələk Rusiya prezidenti Putinin dediklərinə.
Vladimir Putin deyir ki,Suriyanın şimalında İŞİD və başqa radikal terror təşkilatlarına qarşı mübarizə aparılmalıdır.Putin İŞİD-in adını çəkir,lakin "başqa radikal terror təşkilatları"sözünə aydınlıq gətirmir.Putin bunu ona görə edir ki,o,Suriyada PKK/PYD-dən istifadə edir.Rusiya PYD-nin Moskvada ofis açmasına şərait yaradıb və ona logistik dəstək də verir.
Bundan savayı,Putinə Ərdogana deyir ki,Aşqabadda İlham Əliyevlə görüşüb və onun sənə salamı var.Bu,Putinin nə qədər qeyri-adekvat bir siyasətçi oldugunun bariz nümunəsidir.Əslində,Putin bu ədəbsizliyi ilə Azərbaycan və Türkiyəni aşagılayır.Ancaq eybi yox,Ərdogan Zəngilan hava limanının açılışına gələcək və ona imcədən bir dərs verər.
Yukunda onu deyim ki, Rusiya və İran Suriyada davamlı sülhün təsis edilməsində maraqlı deyillər.Əgər maraqlı olsaydılar,BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uygun olaraq,Suriyada sülhün bərqərar olmasını özündə ehtiva edən,siyasi müxalifətin azad və demokratik seçkilərdə iştirak etməsinə imkan yaradan Konstitusiya Komitəsinin fəaliyyətinə əngəl olmazdılar.
Kamal Aliyev, politoloq