azia.az
azia.az

İran zərbə endirəndə Əl-Bağdadi görüşə gecikdi və...

9-10-2018, 08:22

İŞİD (İslam Dövləti) terror qruplaşmasının lideri Abu Bəkr əl-Bağdadi silahlılarla görüşə gecikdiyi üçün sağ qalıb.

Bu barədə “Baghdad Today” nəşri İraq xalq özünümüdafiə hərəkatının komandiri Cabbar əl-Maamuriyə istinadən məlumat yayıb.

Bildirilir ki, əl-Bağdadi Suriyada silahlılarla görüşə gecikməsəydi, İranın zərbələri altında öləcəkdi.

Əl-Maamuri iddia edir ki, İran qüvvələrinin zərbəsi İŞİD-in Müharibə Şurasının iclasını hədəfləsə də, Əl-Bağdadi həmin iclasa gecikib və nəticədə sağ qalıb.

Qeyd edək ki, oktyabrın 1-də gecə İran qüvvələri Suriyada Fırat çayının şərq sahilinə raket zərbəsi endirib. Zərbə Əhvaz şəhərində terror aktını təşkil edənləri hədəfləyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi