azia.az
azia.az

Hökumətin radikal ucuzlaşma qərarı: Samir Şərifovun anonsu düz olarsa...

24-06-2022, 15:44

Hökumətin radikal ucuzlaşma qərarı: Samir Şərifovun anonsu düz olarsa...
“İnflyasiya təkcə Azərbaycanın deyil, bütün dünyanın problemidir. Qlobal inflyasiya təzyiqləri ilk növbədə enerji daşıyıcılarının, əsasən neft-qazın bahalaşması ilə əlaqədardır. Qaz həmçinin müxtəlif növ gübrələr üçün xammaldır. Buna görə də gübrə qiymətləri də avtomatik olaraq artıb. Hətta müəyyən qədər qıtlıq da yaranıb. Bu isə ərzaq məhsullarının bahalaşmasına gətirib çıxarıb. İlk növbədə taxılın, o cümlədən buğdanın bahalaşması müşahidə olunur”.

Bunu maliyyə naziri Samir Şərifov bildirib. Nazir qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi nəqliyyat və logistika problemlərini daha də dərinləşdirib:

“Nəzərə alsaq ki, bu iki ölkə ən mühüm taxıl və bitki yağları istehsalçıları və təchizatçılarıdır, bu da qiymətlərin artımına təsir göstərir. Beləliklə, xarici amillər hesabına formalaşan qiymət artımı Azərbaycana da sirayət edib. Çünki ölkəmiz bir sıra məhsulların idxalçısıdır və biz də bu qiymət artımının mənfi təsirlərini yaşayırıq”.

Nazir həyata keçirilən antiinflyasiya tədbirlərindən də danışıb:

"Hökumət ölkə Prezidentinin tapşırığı ilə müəyyən antiinflyasiya tədbirləri hazırlayıb həyata keçirir. Bu tədbirlərin əsasən Azərbaycana idxal olunan ərzaq məhsulları üzrə gömrük rüsumlarının və vergilərin aradan qaldırılmasıdır. Bununla əlaqədar lazımi qərarlar qəbul edilir. Onların icrasının nəticəsində qiymətlərdə bir qədər azalma baş verəcək”.

Bu gün dünyada baş verən iqtisadi proseslərin Azərbaycana da təsiri danılmazdır. Ancaq idxal edilməyən, yerli istehsal olan məhsulların qiymətinin daha da bahalaşması təəccüb doğurur.

Bəs nazirin dediyi kimi, qiymətlərdə azalmanın olacağı nə dərəcədə realdır və bu, vətəndaşların cibinə doğrudanmı təsir edəcək?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, maliyyə nazirinin açıqlaması reallaşdırılsa, müəyyən dərəcədə qiymətlərə təsir edə bilər:
Hökumətin radikal ucuzlaşma qərarı: Samir Şərifovun anonsu düz olarsa...
“Biz illərdir ki, bu haqda danışırıq, yəni istehsalı olmayan ərzaq məhsulları gömrük rüsumlərı və vergilər, 18 faiz əlavə dəyər vergisi tətbiq edilməməlidir. Əgər doğrudan da belə radikal qərar alınsa, yəni rüsumlar və vergilər ləğv olunsa, qiymətlərin müəyyən qədər tənzimlənməsi, hətta bəzi məhsul növlərində aşağı düşməsinin şahidi ola bilərik. Ancaq illərdir ki, bu təkliflər səsləndirilir, Azərbaycan hökuməti nədənsə bu addımları atmır. Ümid edək ki, inflyasiyanın çox sürətli olduğu bir dövrdə bununla bağlı bir pozitiv qərar qəbul olunacaq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi