azia.az
azia.az

Rusiyadan və Türkiyədən Azərbaycana idxal olunan bir sıra məhsulların qiyməti bahalaşa bilər

14-03-2022, 14:51

Rusiyadan və Türkiyədən Azərbaycana idxal olunan bir sıra məhsulların qiyməti bahalaşa bilər
Azərbaycanın məhsul idxal etdiyi ilk 3 ölkə Türkiyə, Çin və Rusiyadır. Bu idxalın 15,77 faizi Türkiyədən, 13,8 faizi isə Rusiya edilir. Ekspertlərin fikrincə , Rusiya ilə Ukrayna arasında gedən müharibə fonunda rəsmi Moskva məhsul ixracından imtina etsə, ümumilikdə dünya bazarlarında qiymətlər qalxacaq. Çünki, hazırda Qərbin sanksiyaları səbəbindən Rusiya anbarları boşalmaqdadır. Ekspertləin fikrincə, bu proses ölkəmizə də təsir edə bilər. Xüsusilə Ukraynadan ət və süd məhsulları idxal edildiyindən və həmin ölkədə infrastrukturun dağılması ilə bu sahədə qıtlıq gözlənir.Ölkəyə idxal olunan ət məhsullarının məhz 76 faizi Ukraynanın payına düşür.

İqtisadçı ekspert Elman Sadıqovın fikrincə , Azərbaycan əsas zəruri və gündəlik təlabat məhsullarınının bir hissəsinin məhz Rusiyadan idxal edilir. Buna görə də, indi alternativ yollar düşünülməlidir.

Qərbin Rusiyaya sanksiyaları fonunda Türkiyədə də yanacaq qiymətləri artıb ki, bu da daha bir narahatlıq doğuran məqamdır. Ancaq Elman Sadıqov deyir ki, qardaş ölkədən daha çox tərəvəz məhsulları idxal edirik ki, bunun da dövriyyəsində hansısa bir azalma gözlənilmir. Ekspertin sözlərinə görə, Lirə dollar qarşısında dəyər qazanmadığı müddətdə qiymətlərdə artım ola bilməz.

İqtisadçı bildirir ki, bu ölkələrdə məhsulların qiyməti dollarla artarsa, bunun Azərbaycana da təsiri olar.

Nərmin Mirvalehqızı, Mübariz Qədirli, Xəbər ertəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi