Deputatdan ermənilərə XƏBƏRDARLIQ: “Azərbaycan ordusuna əmr verilsə, 5 dəqiqəyə...”
Serj Sarkisyan fransalı jurnalistlərə verdiyi müsahibə zamanı 30 ildir eyni fikirdə qaldığını, Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağını bildirib.
Bununla bağlı danışan deputat Sahib Alıyev sözügedən şəxsin 44 günlük savaş zamanı nələrin baş verdiyini unutduğunu deyib. Millət vəkilinin sözlərinə görə, o və digərləri Azərbaycanın torpaq bütünlüyünü tanımamaq siyasəti yeritməkdə davam etsələr, biz ötən əsrin sonunda itirilən torpaqlarımızı qaytardığımız kimi 100 il bundan öncəkiləri də qaytaracağıq:
"Eyni zamanda son günlər davamlı olaraq Göyçənin Yuxarı Şorcasından Kəlbəcərin Zəylik kəndindəki mövqelərimizin atəşə tutulduğu haqda xəbərlər verilir. O yerin coğrafiyasını yaxşı bilən biri kimi deyirəm ki, Azərbaycan ordusuna əmr verilsə, Yuxarı Şorca 5 dəqiqəyə düşməndən təmizlənər”.
S.Alıyev xatırladıb ki, 1918-ci ilin xəritəsində həmin kəndin də yerləşdiyi Göyçə gölünün şərq sahili Ermənistanın yox, məhz Azərbaycanın tərkibində göstərilir:
"Qarabağdakı hayların "hüqüq, azadlıq və status"larından dəm vuran Ermənistan rəhbərliyi Yuxarı Şorca kəndi qarışıq Göyçədən, Zəngəzurdan, Dərələyəzdən və digər dədə-baba torpaqlarımızdan didərgin salınan azərbaycanlıların hüquq, azadlıq və statusları haqda nə düşünür? Əgər onlara elə gəlirsə ki, bu suallar heç vaxt rəsmi səviyyədə qarşılarında qaldırılmayacaq, "Qarabağ Ermənistandır" deyib sərsəmləyəndə olduğu kimi yenə də böyük səhv edirlər”.
Mənbə:My Webpage