azia.az
azia.az

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub - RƏSMİ

23-02-2022, 08:48

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub - RƏSMİ
Fevralın 23-ü saat 03:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi