azia.az
azia.az

“Müharibə başlasa Azərbaycanın qisası amansız olacaq”- Erməni hərbi ekspert

13-05-2022, 10:29

“Müharibə başlasa Azərbaycanın qisası amansız olacaq”- Erməni hərbi ekspert
“Azərbaycan 2020-ci ilin noyabrından sonra bizə sonuncu şansı verib. Bu şansı hökumət dəyərləndirməsə bizim üçün çox çətin olacaq”- Alp.az xəbər verir ki, bu açıqlama ilə erməni hərbi ekspert Hayk Nahapetyan çıxış edib.

Hərbi ekspert bildirib ki, indi hərbi güclərin nisbətini müzakirə etmək ağılsızlıqdır.

“Azərbaycan ordusunu komplekləşdirməyə bacardı. 44 günlük müharibədə bunu gördük. Reallıqla hesablaşmaq lazımdır. Azərbaycan ordusu çox güclüdür. Balaca və yaxud böyük ölkə yoxdur. Ordusu güclü olan ölkə söz sahibidir. Rusiyanın Ukraynadakı savaşı bunu bir daha sübut etdi. Rusiyaya güvənə bilərikmi? Reallıq onu göstərir ki, artıq rus ordusu yoxdur. İndi biz regionda Azərbaycanla münasibətləri diqqətdən keçirməli, bəzi güzəştlərə getməliyik. İndiki halda həm də məqsədimiz ordumuzu gücləndirmək olmalıdır. İlkin olaraq isə Azərbaycanla razılaşmaq və sülh bağlamaq lazımdır. Müharibə arzusunda olanlara reallığı bir daha etiraf edirəm. Əgər bu dəfə müharibə başlasa Azərbaycanın qisası amansız olacaq.”- Hayk Nahapetyan bildirib.//alp.az
“Müharibə başlasa Azərbaycanın qisası amansız olacaq”- Erməni hərbi ekspert


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi