“6 əsgərimiz itkin düşüb”: Erməni hərbi ekspertdən ŞOK AÇIQLAMA
“Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-də şənbə günü günorta saatlarında Basarkeçər rayonunun Yuxarı Şorca kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı odlu silahlardan, snayper tüfənglərindən və qumbaraatanlardan atəşə tutublar. ”, – Azərbaycan Müdafiə Nazirliyinin dünənki açıqlamasında belə deyilirdi.
Dünənki erməni təxribatından Azərbaycan tərəfi vəziyyətə nəzarət etmək üçün hərəkətə keşmişdi. Elə nazirlik öz açıqlamasında bunu qeyd etmişdi.
Alp.az erməni mediasına istinadən xəbər verir ki, dünəndən erməni ordusunun komandanlığı və mətbuat postdan yoxa çıxan əsgərlərini axtarır.
Bəzi erməni ekspertləri hesab edir ki, bu təxribatlar ermənilərin sonunu gətirir. Erməni hərbi ekspert “Yeni müdafiə sifarişi, strategiyalar” rus jurnalının Baş redaktoru, Londonun JANES INTELLİGENCE müdafiə və təhlükəsizlik məsələləri analitik mərkəzinin müxbiri Lionid Nersisyan da sensasion açıqlama ilə çıxış edib. Hərbi ekspert dünənki təxribatdan sonra 6 erməni əsgərinin yoxa çıxmasına belə şərh verib:
“Hal-hazırda bizdə bəziləri yeni müharibə arzulayır. Amma anlamırlar ki, Azərbaycan ovunu parçalamağa hazır olan qartala bənzəyir. Ermənilər kiminsə təxribatına uyub atəşkəsi pozur. Kəlbəcərdə baş verənlər buna sübutdur. İndi mənə xəbər veriblər ki, oradan 6 erməni əsgəri itkin düşüb. Erməni cəmiyyəti müharibə eyforiyasından qurtulmalıdır. Əks halda baş verəcək müharibə bizim sonumuzu gətirə bilər.”