azia.az
azia.az

“Qazaxların ermənilərdən qisası amansız olacaq”- Artak Qalstyandan SENSASİON MÜSAHİBƏ

15-01-2022, 09:37

“Qazaxların  ermənilərdən  qisası amansız olacaq”- Artak Qalstyandan SENSASİON MÜSAHİBƏ
“Ermənilərin, xüsusən də KTMT-nin Qazaxıstanda heç bir işi yoxdur.”- Alp.az xəbər verir ki, bunu “Erməni Vətəni” partiyasının üzvü, politoloq Artak Qalstyan müsahibəsi zamanı deyib. “Qazaxıstanda 26 min erməni yaşayır. Mən hesab edirəm ki, erməni əsgərlərinin Qazaxıstana göndərilməsi bizə dəhşətli sonluq vəd edir. Qazaxlar bu qisası bizdə qoymayacaq. Sülhməramlı oradan çıxan kimi qisaslarını ermənilərdən alacaqlar.
1993-cü ildə Gürcüstan böhranı zamanı Levon Ter-Petrosyan qoşun göndərmədi, Amma Paşinyan Qazaxıstandakı diasporamızı təhlükə altına atdı. Bir sözlə qazaxların qisası amansız olacaq. Hökumət üzvləri bunu nəzərə almalıdırlar. Tam səmimi deyirəm biz 44 gündə məğlub olmuşuq. Məğlub ordunun formalaşdırılması əvəzinə Qazaxıstana sülhməramlı göndərmək olduqca gülünc qərardır”– deyə Artak Qalstyan bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi