Ermənilər bu əraziləridən çıxarılır - HAZIRLIQLAR BAŞLADI
Qazaxın 7 kəndi və Kərkinin Azərbaycana qaytarılmasına hazırlıq gedir.
Azia.az xəbər verir ki, bu iddia ilə Ermənistan parlamentinin keçmiş üzvü Naira Zohrabyan çıxış edir.
İddiaya görə, Ermənistan tərəfi Qazaxın 7 kəndi istiqamətində sürətlə səngər qazır və bu, ordunun mövqelərinin geri çəkilməsinə hesablanıb.
Qeyd edək ki, Azərbaycan tərəfi Ermənistanla sərhədin delimitasiyası prosesində bu kəndlərin qaytarılması məsələsinin həll ediləcəyini açıqlayıb.