azia.az
azia.az

Xankəndidəki atışmanın üstü açıldı: “general” həbs olundu – TƏFSİLAT

11-05-2022, 13:27

Xankəndidəki atışmanın üstü açıldı: “general” həbs olundu – TƏFSİLAT
Xəbər verdiyimiz kimi, dünən Xankəndi şəhərinin mərkəzi meydanında atışma olub.

Hadisənin konkret səbəbləri məlum deyil. Yalnız bu gün səhər bilinib ki, hadisəni törədənlərdən biri qondarma “general” imiş.

Məlumata görə, hadisə nəticəsində meydanda dayanmış avtomobillərdən birinə zərər dəyib. Avromat silahdan açılan atəş nəticəsində ölən və yaralanın olmadığı deyilir.

Xankəndidəki separatçıların yaydığı son məlumata görə, hadisəni törədən şəxs bölgədəki erməni terrorçularının nümayəndəsi, qondarma “müdafiə ordusu”nun keçmiş “müavini, “general-leytenant” Samvel Karapetyandır. Karapetyanın bu gün səhər həbs edildiyi bildirilir. Lakin onun bu addımı niyə atdığı, hansı səbəbdən silahdan istifadə etdiyi, habelə kimlərə qarşı etdiyi barədə heç bir məlumat verilmir.

Qeyd edək ki, qondarma “general” “Oqanovski” ləqəbi ilə tanınır.

Xatırladaq ki, şəhərdə baş vermiş hadisədən sonra ermənilər arasında şaiyələr yayılıb. Həmin şaiyələrə əsasən guya, hadisəni Azərbaycan xüsusi təyinatlıları törədib. Hətta baş verənlərdən sonra panika yaşandığı, Xankəndidəki ermənilərin qorxu içində olduqları bildirilirdi.

Samvel Karapetyan Arayik Harutyunyan və komandası ilə yol getməyən adam olub. O, 44 günlük müharibədən sonra daha aqressiv mövqe tutub, hətta könüllülərdən ibarət dəstələr yaradaraq, Azərbaycana qarşı döyüşmək istəyində olduğunu da açıq bəyan edib. Lakin onun bu addımının qarşısı alınıb və bir müddət proseslərdən kənarda tutulub.

Güman edilir ki, Samvel Karapetyanla Arayik Harutyunyan arasında münasibətlər yenidən gərginləşib. Çünki son zamanlar Qarabağda separatçılar arasında ixtilaf daha da artıb, hətta bəzi hallarda aqressiyaya da çevrilib. Ehtimal olunur ki, Karapetyanın dünən şəhərin mərkəzində məhz Arayikin adamlarına qarşı silahdan istifadə edib.

Maraqlı məqamlardan biri odur ki, baş vermiş hadisə ilə bağlı təfsilatlı heç bir açıqlama verilmir. Mümkün qədər mövzunu lokallaşdırmağa, məxfi saxlamağa çalışırlar. Görünür, işin içində daha ciddi məqamlar var və separatçılar da onun üzə çıxmasında maraqlı deyillər. jam.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi