azia.az
azia.az

“Bu tarixdən etibarən Türkiyənin hərbi bazası Azərbaycanda olacaq” – AÇIQLAMA

10-05-2022, 15:50

“Bu tarixdən etibarən Türkiyənin hərbi bazası Azərbaycanda olacaq” – AÇIQLAMA
"Rusiya nümayəndəsinin BMT-də Azərbaycanı bioloji silahların laboratoriyası qurmaqda ittiham etməsi, Kremlin yeni təzyiq mexanizmdir”.
Bunu politoloq Məhəmməd Əsədullazadə bildirib. Ekspert Rusiyanın bu ittihamla post-sovet ölkələrini işğal edəcəyini planlaşdırdığını deyib:

"Məhz Rusiya Ukraynada öz hərbi məqsədlərinə nail olub, Kiyevi işğal edə bilsə idi, bu ittihamlarla post-sovet ölkələrini işğal edəcəkdi. Rusiya Azərbaycanın Cənubi Qafqazda yaratdığı geosiyasi nizamı qəbul etmir. Bu geosiyasi nizam iqtisadi-siyasi əməkdaşlıq, sülhün və təhlükəsizliyin təmini, həmçinin Ermənistanla sülh müqaviləsinin bağlanmasını özündə ehtiva edir. Brüsselin vasitəçiliyi ilə Azərbaycanın Ermənistanla birbaşa təması və normallaşma prosesinə başlaması Moskvanın Azərbaycana qarşı təhdidlərinə və Ermənistanda müxalifətin etirazlara başlamasına rəvac verdi. Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini bağlamasına sükutla yanaşmayacaq. Sülh Qarabağda ciddi təxribatlara rəvac verə bilər”.

Ekspert gələn il türk hərbi bazasının Azərbaycanda yerləşdirilə biləcəyinə diqqət çəkib:

"Bundan əlavə, Brüsselde əldə olunuş razılaşamaya əsasən, aprelin sonunda sərhədlərin delimitasiya və demarkasiyası üzrə ikitərəfli komissiya yaradılmalı idi. Məhz Rusiyanın müdaxiləsindən sonra bu komissiya yaradılmadı. Rusiyanın Azərbaycana təzyiqləri müsbət nəticə verməyəcək. Prezident İlham Əliyevin Türkiyə ilə sıx siyasi-hərbi əməkdaşlığı dərinləşdirməsi nəticəsində Moskvanın təzyiqləri qarşısında ölkəmiz duruş gətirə bilir.

Qeyd edim ki, Rusiyanın Ukraynaya qarşı işğalı, qonşu ölkələrin təhlükəsizliyi ön plana çıxıb. Azərbaycan da öz hərbi doktirinasında dəyişikliklər edib, Türkiyənin hərbi bazasını ölkə ərazisində rəsmən yerləşdirməlidir. Bu istiqamətdə işlərin getdiyi istisna deyil və növbəti ildə türk hərbi bazası Azərbaycanda mövcud ola bilər”.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi