azia.az
azia.az

Türkiyədən MÖHTƏŞƏM HƏMLƏ: Kəlbəcər və Laçında türk bazası açılır?

8-09-2021, 12:18

Türkiyədən MÖHTƏŞƏM HƏMLƏ: Kəlbəcər və Laçında türk bazası açılır?
Rusiyasülhməramlı qüvvələrinin Qarabağda etnik ermənilərin yaşadığı ərazilərdə fəaliyyəti Azərbaycanın suverenliyini təhdid etməklə, yanaşı Kreml buradan Qarabağa tam nəzarət etmək üçün siyasi təziqləri həyata keçirməyə çalışır.

Bu açıqlamanı Azia.az-a politoloq Məhəmməd Əsədullazadə bildirib. Onun sözlərinə görə, Rusiya Qarabağda məhz prosesi böhrana yuvarlamaq, separatçılara tam dəstəyi ifadə etmək üçün Gürcüstanın Abxaziya regionunda hərbi qüvvələrinin komandanını Qarabağda sülhüməramlı qüvvələrinin komandanı vəzifəsinə gətirir.

Türkiyədən MÖHTƏŞƏM HƏMLƏ: Kəlbəcər və Laçında türk bazası açılır?
"Bundan sonra, biz sülhməramlı qüvvələrinin fəaliyyətində təxribatların genişlənəcəyini gözləməliyik. Bəzən bunu Rusiya tərəfi komandanın "öz fəaliyyəti" olduğunu qeyd edəcək. Rusiyanın artan siyasi-hərbi təziqlərinin qarşısını almaq və Laçın dəhlizinə nəzarət etmək üçün təzyiqləri artırmaq məqsədilə Türkiyə ordusu ilə Laçında hərbi taktiki təlimlərin keçirilməsi doğru strateji addımdır. Artıq Türkiyənin hərbi bazasının yaxın vaxtlarda Laçında və yaxud Kəlbəcərdə qurulmasının şahidi ola bilərik".

Politoloq qeyd edib ki, Türkiyə hərbi bazasının Laçın və Kəlbəcərdə olması Rusiya və Ermənitanın təxribatlarının qarşısını alacaq. Bundan əlavə, Zəngəzurda Rusiyanın 102-ci bazasının hərbi bölməsinin qurulmasına da cavabdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi