“Müharibə Xəzər hövzəsinə keçdi, Rusiyanı dayandırmaq lazımdır” - Azərbaycan zərər görə bilərmi?
“Rusiya-Ukrayna müharibəsinin Xəzər dənizi regionuna keçmək ehtimalı getdikcə daha da artır”.
Azia.az xəbər verir ki, bunu Gundem.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov bildirib. Ekspert Rusiyanın Xəzər istiqamətindən raketləri işə saldığına diqqət çəkib:
“Ukrayna Hərbi Hava Qüvvələri mətbuat xidmətindən verilən son məlumata görə, may ayının 3-ü, axşam saatlarında Rusiya hərbçiləri Ukraynanın müxtəlif bölgələrinə -Dnepropetrovsk, Kirovqrad, Lvov, Zakarpatye, Kiyev regionundakı infrastrukturlara 20 raket atıblar. Bu raketlərin çox hissəsi Rusiyanın Xəzər dənizi regionunda yerləşdirdiyi TU-95, TU-160 kimi strateji bombardmançı təyyarələrdən atılıb. Bu raketlərdən 18-ni zərərsizləşdirmək mümkün olmayıb.