azia.az
azia.az

Rusiya Ukraynaya Xəzər dənizindən “Kalibr” raketləri atdı - Yüzlərlə hərbçi öldü

20-03-2022, 19:47


Rusiya Silahlı Qüvvələri ötən gecə Ukraynada 62 hərbi obyektə zərbə endirib.
Rusiya Ukraynaya Xəzər dənizindən “Kalibr” raketləri atdı - Yüzlərlə hərbçi öldü
Xəbər verilir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

O əlavə edib ki, Ukraynada xüsusi əməliyyat başlayandan bu günə kimi Rusiya Silahlı Qüvvələri 207 pilotsuz uçan aparatı, 1467 tankı və 148 reaktiv yaylım atəşi sistemini sıradan çıxarılıb:

"Rusiya hərbçiləri Xəzər dənizindən “Kalibr” qanadlı raketləri və Krım hava məkanından “Kinjal” hipersəsli raketləri ilə Ukraynanın Nikolayev vilayətində iri yanacaq-sürtkü materialları anbarına zərbə endirib.

Həmçinin Qara dənizdən “Kalibr” qanadlı raketləri ilə Ukraynaya məxsus zirehli texnikaları təmir olunduğu Nijın təmir zavodu vurulub.

Rusiyanın Jitomir vilayətində Ukrayna xüsusi əməliyyat qüvvələrinin təlim mərkəzinə endirdiyi dəqiq zərbə nəticəsində 100-dən çox ukraynalı hərbçi ölüb".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi