azia.az
azia.az

Şahbaz Şərif Azərbaycan üçün nə vəd edir? – “Pakistanın Ermənistana qarşı münasibəti...”

12-04-2022, 12:43

Şahbaz Şərif Azərbaycan üçün nə vəd edir? – “Pakistanın Ermənistana qarşı münasibəti...”
Xəbər verdiyimiz kimi, Şahbaz Şərif Pakistanın yeni Baş naziri seçilib. Lakin eks baş nazir İmran Xanın tərəfdarları bu dəyişikliklə razılaşmır, etiraz edirlər. Bundan başqa, yeni baş nazirin ABŞ-ın istəyi ilə hakimiyətə gəldiyi iddia edilir.

Maraqlıdır, ABŞ-ın fiquru olduğu iddia edilən Şahbaz Şərifin hakimiyyətdə qalması Azərbaycan və Türkiyə üçün nə vəd edir? Baş nazirin devrilməsi, növbədənkənar seçkilərin keçirilməsi ehtimalı nə qədərdir?

Mövzu ilə bağlı danışan politoloq Natiq Miri Pakistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Ermənistana və Azərbaycana olan münasibətin dəyişməyəcəyini deyib:

"Pakistanda Şahbaz Şərifin baş nazir seçilməsi Azırbaycana və Ermənistana münasibəti dəyişməyəcək. Xüsusilə, Pakistanın Ermənistana olan münasibətində hansısa müsbət yöndə dəyişikliyin olması gözlənilən deyil. Pakistanın Azərbaycana olan münasibətinə isə Pakistan-Türkiyə-Azərbaycan üçbucağında baxmaq lazımdır. Bu, təkcə İmran Xanla bağlı olan münasibət sistemi deyil. Azərbaycanla Pakistanı siyasi-hərbi məsələlərdən başqa, həm də güclü mənəvi bağlar əlaqələndirir. Belə ki, Pakistanın ən ağrılı günlərində həm Azərbaycan, həm də Türkiyə müxtəlif səpkilərdə yardım göstərmişdi. Bu proses indi də davam edir. Ona görə də istənilən siyasi qüvvənin hakimiyyətdə olması bu nizamı dəyişməyəcək”.

Politoloq Pakistanda növbədənkənar seçkilərin keçirilə biləcəyinin bir halda mümkün olacağını deyib:

"İndi on minlərlə insan İmran Xanı müdafiə edir. Ona görə də baş nazirin tam hakimiyətdə qalması ilə bağlı qeyri-müəyənlik var. Lakin yaxın zaman çərçivəsində növbədənkənar seçkilərin keçirilməsini gözləmirəm. Mərkəzi şəhərlərdəki etirazlar bütün Pakistanı əhatə edərsə, o zaman bu, siyasi böhrana gətirib çıxara bilər. Bu da siyasi qüvvələrin müəyyən anlaşması nəticəsində seçkilərin keçirilməsi ilə sonlana bilər. Əhalinin böyük əksəriyyəti etiraz aksiyalarında əvvəlcədən İmran Xanı dəstəkləyərsə, bu, seçkilərin nəticəsini öncədən görməyə imkan verəcək”.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi