azia.az
azia.az

“ABŞ-da prezident seçkilərinin nəticəsi Ermənistan üçün sürpriz oldu”

10-11-2016, 13:45

“ABŞ-da prezident seçkilərinin nəticəsi Ermənistan üçün sürpriz oldu”
ABŞ-da keçirilən prezident seçkilərinin Ermənistan və tərəfdarları üçün daha bir gözlənilməz nəticəsi onların köhnə dostları - Bob Dold, Mark Kirk və digərlərinin məğlubliyyəti oldu
Trend-ə istinadən bildiririk ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter"dəki səhifəsində yazıb.

N.Məmmədov qeyd edib ki, tərəfdarlardan biri - "Azərbaycanda demokratiya üzrə Akt"la məşhur olmuş Cozef Hek də məğlub olanlar arasındadır.

Xatırladaq ki, Donald Tramp noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlib. Yeni seçilmiş prezident yanvarın 20-də inauqurasiyadan sonra vəzifəsinin icrasına başlayacaq. Demokratların namizədi Hillari Klinton isə seçicilərin yetərincə səsini toplaya bilməyərək öz məğlubiyyətini etiraf edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi