azia.az
azia.az

Deputatdan Azərbaycan hökumətini Ukraynaya görə tənqid edənlərə CAVAB - “Populist addımlar əks-effekt verə bilər”

25-02-2022, 12:05

Deputatdan Azərbaycan hökumətini Ukraynaya görə tənqid edənlərə CAVAB - “Populist addımlar əks-effekt verə bilər”
“Azərbaycan hökumətini Ukrayna ilə bağlı mövqe bildirmədiyinə görə tənqid edənlər geosiyasi reallıqları, beynəlxalq təhlkəsizlik sisteminin əsaslarını bilmir, məsuliyyətini bir o qədər də dərk etmirlər. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Ukrayna Azərbaycan üçün strateji müttəfiqdir. Prezident İlham Əliyev də jurnalistlərin suallarını cavablandırarkən bu məsləyə aydınlıq gətirib. Yəni, Ukrayna ilə münasibətlər əvvəlki qaydada qalır, heç bir dəyişiklik yoxdur, lakin müəyyən reallıqlar var. Reallıqlar ondan ibarətdir ki, hər bir dövlət ilk növbədə öz təhlükəsizliyini təmin etməlidir. Hazırda beynəlxalq münasibətlərdə yaşanan çaxnaşmaların, təbii ki, Azərbaycana da müəyyən təsiri var. Ona görə də Prezidentin apardığı siyasət dərindən düşünülmüş və peşəkarcasına həyata keçirilmiş siyasətdir”. Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
Deputatdan Azərbaycan hökumətini Ukraynaya görə tənqid edənlərə CAVAB - “Populist addımlar əks-effekt verə bilər”
Deputat qeyd edib ki, cənab İlham Əliyevin siyasətinin əsasını Azərbaycanın milli maraqları təşkil edir: “Ukrayna bizə doğma və yaxın xalqdır, 44 günlük Vətən müharibəsində də bizə tam dəstəyini göstərib. Eyni zamanda, Azərbaycan da Ukraynaya daim dəstək verməyə çalışıb. Burada yalançı populist addımlar əks-effekt verə bilər. Təəssüf edirik ki, Ukrayna dövlətini daim dəstəkləyəcəklərini deyən qüvvələr, misal üçün ABŞ son dövrlərdə lazımi dəstəyi vermədi. Hesab edirəm ki, proseslərin qarşısı alınmalıdır. Belə olan halda, məhdud təsir imkanları çərçivəsində Rusiya ilə qarşı-qarşıya gəlmək Azərbaycana heç nə qazandırmaz və doğru deyil. Biz bundan daha çox əziyyət çəkə bilərik. Nəzərə almaq lazımdır ki, Rusiyada milyonlarla soydaşımız yaşayır. Rusiya Azərbaycanın qeyri-neft sektorunda ən böyük tərəfdaşıdır. Azərbaycan milli maraqlarına uyğun siyasət yürütməyə məcburdur. Başa düşürəm, çox mürəkkəbdir. Lakin təkcə mən yox, elə əksər analitiklərin fikrincə, Azərbaycan Prezidentinin apardığı siyasət ən optimal və ən doğru siyasətdir. Biz əks-qüvvələrin düzgün hesablanmaması nəticəsində, müəyyən dövrlərdə - 2008-ci ildə Gürcüstanın, 2014-cü ildə isə Ukraynanın timsalında baş verənləri gördük. Bu proseslər olduqca təhlükəli və narahatedicidir. Biz Prezident İlham Əliyev siyasətinə dəstək verməliyik. Xalq olaraq onun ətrafında birləşməli və Prezidentimizə inanmalıyıq”.

Mənbə:My Webpage



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi